--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Masallıda 3 tondan çox yararsız ət dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 06 İyul 2026 · 18:41 1104 baxış

Masallı rayonunda keçirilən yoxlama zamanı 3 tondan artıq insan istehlakı üçün yararsız ət aşkarlanıb.

Elpress.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları rayonun Kürdəbaz kəndində yerləşən soyuducu anbarda nəzarət tədbiri həyata keçiriblər.

Yoxlama zamanı ümumi çəkisi 3050 kiloqram olan və korlanma əlamətləri müşahidə edilən ətlər müəyyən edilərək dövriyyədən çıxarılıb. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində onların insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür, yararsız ətlərin məhv edilməsi prosesi davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Hərbi Hava Qüvvələri döyüş hazırlığını artırır – təlim uçuşları keçirildi

Next Article

Rusiya-Ukrayna savaşında sülh siqnalı: Tərəflər münaqişəni bitirmək istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zaqatalada sel təhlükəsinə qarşı genişmiqyaslı tədbirlər davam edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:09 1062 baxış Zaqatala rayonunda dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət […]