--:--:-- | 01 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Sabah bu rayonlarda leysan yağacaq – XƏBƏRDARLIQ

Aysel Əlibəyli 30 İyun 2026 · 13:14 1188 baxış

Elpress.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutqun və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bununla yanaşı, gecə saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 18-21, gündüz isə 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 760 mm civə sütunu, nisbi rütubətin isə gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Ölkənin rayonlarında isə hava şəraitinin daha qeyri-sabit keçəcəyi gözlənilir. Bir sıra bölgələrdə arabir yağış yağacaq, bəzi ərazilərdə yağıntıların intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bəzi rayonlarda yağıntılar daha da güclənə bilər. Axşam saatlarına doğru isə əksər bölgələrdə yağışın tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək, bəzi yerlərdə isə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 17-21, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 17-22, bəzi yerlərdə isə 24-28 dərəcə isti olacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidməti intensiv yağıntı gözlənilən ərazilərdə yaşayan vətəndaşlara ehtiyatlı olmağı, xüsusilə dağlıq və dağətəyi rayonlarda mümkün sel və daşqın riskini nəzərə almağı tövsiyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Göyçayda yol-nəqliyyat hadisəsi: avtomobil su kanalına düşdü

Next Article

Silahlı insident İranda can aldı: SEPAH-ın iki əməkdaşı həlak oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məktəblərdə smartfon istifadəsinə necə yanaşılmalıdır?

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:33 1040 baxış Ekspert: Smartfon dərsin əsas vasitəsi yox, yalnız ehtiyac olduqda istifadə edilən alət olmalıdır Elpress.az xəbər verir ki, Texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi məktəblərdə smartfonlardan istifadəyə […]

İlham Əliyev Naxçıvanda DOST Mərkəzinin açılışında iştirak edib

Aysel Əlibəyli 11 Avqust 2026 · 21:16 1056 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Naxçıvan şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılış mərasimində […]

Ərdoğan NATO Baş katibi Mark Rutte ilə görüş keçirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 20:26 1114 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə Ankarada görüş keçirib. Elpress.az xəbər verir ki, görüş NATO liderlərinin sammiti ərəfəsində baş tutub. Tərəflər […]

Təhsil haqqını ödəyə bilməyənlərin sayı 43% artdı

Aysel Əlibəyli 05 Avqust 2026 · 13:56 1062 baxış Tələbələr arasında xaric olunma göstəricisi yüksəlib: Son 4 ildə təhsil haqqını ödəyə bilməyənlərin sayı 43 faiz artıb Elpress.az xəbər verir ki, 2025-ci ildə ümumilikdə 12 969 […]