--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Yeni agentliyin mətbuat katibi təyin olundu

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:51 1074 baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni kadr təyinatı həyata keçirilib.

Elpress.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.Məlumata görə, Gülnar Hacalıyeva Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Gülnar Hacalıyeva bundan əvvəl nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mütəxəssis vəzifəsində çalışıb.Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi nəticəsində yaradılıb.

Bir neçə gün əvvəl isə Dəniz Kərimzadə müvafiq əmrlə Agentliyin Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Baş Prokurorluq ər-arvadın qətli ilə bağlı məlumat yayıb.

Next Article

MEDİA Agentliyi ləğv edildi, yeni Şura yaradıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir: Azərbaycanda hər 3 nəfərdən 2-si oxuduğunu anlamır

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 12:32 1046 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda şagirdlərin oxuduğunu anlama bacarığı ilə bağlı ciddi pedaqoji problem müşahidə olunur. Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı […]

İnam Kərimov: “Süni intellekt hakimi əvəz edə bilməz”

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 15:30 1072 baxış Ali Məhkəmənin sədri İnam Kərimov süni intellektin məhkəmə sistemində insan hakimlərin fəaliyyətini tam əvəz etməsinin mümkün olmadığını bildirib. Elpress.az xəbər verir ki, İnam Kərimov süni intellektə […]

Azərbaycanlı jurnalistlər İsrail telekanalında olublar

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:19 1056 baxış Media-tur çərçivəsində jurnalistlər “Channel 12”nin xəbər istehsalı prosesi ilə tanış olublar Elpress.az xəbər verir ki, İsraildə keçirilən media-turda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin aparıcı kommersiya xəbər […]