--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Riyaziyyatçılar süni intellektin riyaziyyata təsirindən narahatdır

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:49 1070 baxış

25 “Filds” medalçısı süni intellektin mürəkkəb riyazi problemlərin həllində istifadəsi ilə bağlı xəbərdarlıq edib

Elpress.az xəbər verir ki, “Filds” medalına layiq görülmüş 25 riyaziyyatçı alim süni intellektin riyaziyyat elminə təsiri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Alimlər süni intellekt şirkətlərinin mürəkkəb riyazi problemlərin həllinə yönələn fəaliyyətinin uzunmüddətli perspektivdə elm sahəsinə mənfi təsir göstərə biləcəyini bildiriblər.Aralarında tanınmış riyaziyyatçı Terens Tao da olmaqla alimlərin birgə məktubunda süni intellekt şirkətlərinin məqsədləri ilə riyaziyyat ictimaiyyətinin prioritetləri arasında ciddi fərqlərin olduğu vurğulanıb. Riyaziyyatçılar bu tendensiyanın yalnız riyaziyyat üçün deyil, ümumilikdə intellektual fəaliyyət üçün risk yarada biləcəyini qeyd ediblər.Məktubu imzalayan alimlər arasında “Filds” medalının müxtəlif illərdə qalibləri, o cümlədən 1978-ci ildə mükafatlandırılan Pyer Delin və bu il medal alan Yu Din də yer alır.Alimlərin fikrincə, riyazi məsələlərin həlli xüsusilə tələbələrin düşünmə və problem həll etmə bacarıqlarının inkişafında mühüm rol oynayır. Onlar hesab edirlər ki, məsələnin həllinə nail olmaq prosesin yeganə məqsədi deyil. Əsas məqsəd riyazi anlayışların formalaşdırılmasıdır və bunun üçün vaxt, öyrənmə prosesi və insanlar arasında qarşılıqlı əlaqə vacibdir.Riyaziyyatçılar süni intellektin elmi fəaliyyət və iş üsullarını sürətlə dəyişdirdiyi bir dövrdə riyaziyyatla məşğul olmağın əsas məqsədinin diqqətdən kənarda qalmamasına çağırıblar. Onlar məsələ ilə bağlı riyaziyyat ictimaiyyəti, texnologiya şirkətləri və geniş ictimaiyyət arasında təcili müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar.Xəbərdarlıq süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərdən birinin yeni modelinin Kley İnstitutunun müəyyən etdiyi minilliyin yeddi problemindən biri olan Navye-Stoks tənliyi ilə bağlı nəticə əldə etdiyini açıqlamasından bir neçə gün sonra səsləndirilib.Bildirilib ki, həmin nəticə minlərlə süni intellekt agentinin paralel fəaliyyəti nəticəsində 88 saat ərzində əldə olunub. Bununla belə, riyaziyyatçıların əsas narahatlığı süni intellektin belə məsələləri həll etməsindən çox, bu yanaşmanın gələcəkdə riyazi düşünmə və öyrənmə prosesinə necə təsir göstərə biləcəyi ilə bağlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zakir Fərəcov SDU-da təmir işlərini nəzərdən keçirib

Next Article

Castin Trüdo film və serial şirkəti yaradıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda qripə qarşı vaksinasiya başlayır

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:58 1046 baxış Azərbaycanda 2026–2027-ci illərin payız-qış mövsümü üçün mövsümi qripə qarşı peyvəndləmə kampaniyasına oktyabrın 21-dən başlanılması nəzərdə tutulur. Elpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, əhalinin qrip […]

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Aysel Əlibəyli 02 İyul 2026 · 16:23 1200 baxış Elpress.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu üzrə 2026–2027-ci tədris ili üçün qeydiyyat prosesinə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]