--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İnam Kərimov: “Süni intellekt hakimi əvəz edə bilməz”

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 15:30 1092 baxış

Ali Məhkəmənin sədri İnam Kərimov süni intellektin məhkəmə sistemində insan hakimlərin fəaliyyətini tam əvəz etməsinin mümkün olmadığını bildirib.

Elpress.az xəbər verir ki, İnam Kərimov süni intellektə “Sən hakimi əvəz edə bilərsənmi?” sualını verdiyini və aldığı cavabın da diqqətçəkən olduğunu deyib.

Onun sözlərinə görə, süni intellekt özü də hakimlik fəaliyyətini əvəz edə bilməyəcəyini bildirib.

İ.Kərimov vurğulayıb ki, hakimlik yalnız qanunların tətbiqindən ibarət deyil. Bu fəaliyyət zamanı ədalət və vicdan kimi insana xas dəyərlər də mühüm rol oynayır.

Ali Məhkəmənin sədrinin fikrincə, məhz bu amillər hakimlik fəaliyyətini süni intellektdən fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB-də yeni baş direktor təyin edildi

Next Article

Misir Mərdanov “Şərəf” ordeninə layiq görüldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda qonaq evlərinə yeni dəstək mexanizmləri yaradılacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:09 1080 baxış Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır. Elpress.az Report-a istinadən xəbər verir ki, bu məsələ […]

Bakının əsas yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 08:46 1072 baxış Elpress.az bildirir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, hazırda aşağıdakı […]

TƏBİB və Belarus səfirliyi arasında görüş keçirilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:03 1074 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Belarus Respublikasının Azərbaycandakı Səfirliyi arasında görüş keçirilib. Elpress.az xəbər verir ki, görüşdə TƏBİB-in icraçı direktoru Anar Bayramov, Belarusun Azərbaycandakı […]