--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Gəncədəki klinika ilə bağlı mübahisə məhkəmə müstəvisinə çıxıb

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:17 1092 baxış

Elpress.az xəbər verir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onunla əlaqəli şəxslərlə bağlı daha bir mübahisə məhkəmə müstəvisinə çıxıb.


Gəncədə fəaliyyət göstərən Yeni Gəncə Tibb Mərkəzinin aid olduğu “İntermedservis” MMC-nin təsisçisi və direktoru Nərminə Səfərova “Qafqazinfo”ya müraciət edərək klinikanın idarəçiliyindən uzun müddət kənarda saxlanıldığını və mülkiyyət hüquqlarının pozulduğunu iddia edib.
Səfərovanın sözlərinə görə, 2017-ci ildə həyat yoldaşı Samir Allahverdiyev klinikanın idarəçiliyindən uzaqlaşdırılıb, özü isə şirkətin payçısı kimi müəssisənin fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumat əldə etmək imkanından məhrum olub.
Sahibkar iddia edib ki, bu vəziyyət 2025-ci ilin noyabrına qədər davam edib. Onun bildirdiyinə görə, həmin tarixdən sonra klinikanın idarəçiliyi yenidən ailəsinə qaytarılıb.
Səfərovanın sözlərinə görə, klinika geri qaytarıldıqdan sonra müəssisənin 600 min manatdan artıq borcu, böyük həcmdə vergi öhdəlikləri və ciddi maddi-texniki problemləri olduğu müəyyənləşib. O, hazırda klinikanın fəaliyyətinin bərpası və mövcud öhdəliklərin yerinə yetirilməsi istiqamətində iş aparıldığını bildirib.
Qeyd edək ki, bunlar sahibkar Nərminə Səfərovanın səsləndirdiyi iddialardır. Qarşı tərəfin mövqeyi barədə məlumat verilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İmişlidə kompleks mülki müdafiə təlimi keçirilib

Next Article

Yol polisi Formula 1 yarışı ilə bağlı sürücülərə müraciət edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyədə tanınmış aktyor Erdal Beşikçioğlu həbs edildi

Aysel Əlibəyli 04 Avqust 2026 · 06:11 1056 baxış Elpress.az xəbər verir ki, Türkiyənin Ankara şəhərinin Etimesgut bələdiyyəsinin sədri, tanınmış aktyor Erdal Beşikçioğlu korrupsiya istintaqı çərçivəsində saxlanıldıqdan sonra vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. Məlumata görə, Cümhuriyyət Xalq […]

Mustafa Abbasbəyli vəzifəsini dəyişib

Aysel Əlibəyli 19 Avqust 2026 · 11:16 1072 baxış Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli tutduğu vəzifədən azad edilib. Elpress.az xəbər verir ki, Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.Məlumata görə, Mədəniyyət Nazirliyində strukturun təkmilləşdirilməsi və […]

Mühafizə olunan duracaqlarla bağlı yeni qayda

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 11:35 1036 baxış Nazirlər Kabineti nəqliyyat vasitələrinin mühafizə olunan duracaqlara gətirilməsi və saxlanılması ilə bağlı qaydada dəyişiklik edib. Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı yeni […]

İyulda şansı üzünə güləcək 4 bürc açıqlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:42 1098 baxış Astroloqların proqnozuna görə, iyul ayı dörd bürc üçün yeni imkanlar, xoş sürprizlər və mühüm dəyişikliklərlə yadda qala bilər. Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, İyul ayı […]