--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Yol polisi Formula 1 yarışı ilə bağlı sürücülərə müraciət edib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:20 1146 baxış

Bakıda sentyabrın 20-dən 28-dək bəzi yollar nəqliyyat üçün bağlanacaq

Elpress.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2026 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə və digər hərəkət iştirakçılarına müraciət edib.Paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabrın 24-dən 26-dək Bakı şəhərinə ətraf kənd və qəsəbələrdən, eləcə də digər şəhər və rayonlardan gələn şəxslərə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunub. Paytaxt sakinlərindən isə yarış günlərində fərdi avtomobillərdən mümkün qədər az istifadə etmələri və şəhərin mərkəzi hissəsinə ictimai nəqliyyatla hərəkət etmələri xahiş edilib.Bildirilib ki, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhlizi təşkil olunacaq. Yarışla əlaqədar paytaxtın müəyyən ərazilərində nəqliyyat məhdudiyyətləri də tətbiq ediləcək.İlkin məhdudiyyət sentyabrın 19-u saat 21:00-dan qüvvəyə minəcək və Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişən hissəsini əhatə edəcək. Bu məhdudiyyət yarış başa çatana qədər davam edəcək.Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.Məhdudiyyət tətbiq edilən ərazilərə giriş və çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq. Sentyabrın 21 və 22-də müəyyən giriş-çıxış nöqtələri saat 07:00-09:00 və 18:00-20:00 aralığında, sentyabrın 23-də isə 07:00-09:00 və 20:00-22:00 saatlarında nəqliyyat üçün açıq olacaq.Məhdudiyyətlər dövründə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri ilə təmin ediləcək.Tranzit dəhlizlərində fövqəladə hallar istisna olmaqla, parklanma, sərnişinlərin mindirilməsi və düşürülməsi qadağan ediləcək. Həmin ərazilərdə maksimal sürət həddi saatda 50 kilometr müəyyənləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gəncədəki klinika ilə bağlı mübahisə məhkəmə müstəvisinə çıxıb

Next Article

Hörmüz boğazında tankerə hücum edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah bu ərazilərdə elektrik enerjisi kəsiləcək

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 22:02 1088 baxış Bakının bəzi ərazilərində aparılacaq təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Elpress.az xəbər verir ki, elektrik təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək işlər Bayramov, […]

Bakı metrosunda yeni stansiyalarda liftlər quraşdırılacaq

Aysel Əlibəyli 25 İyun 2026 · 16:23 1172 baxış Bakı metrosunun inkişafında yeni mərhələ: yeni stansiyalarda liftlər, eskalatorlar və müasir infrastruktur tətbiq ediləcək Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, bakı Metropolitenində yeni stansiyaların tikintisi çərçivəsində […]

Peşə təhsilində köçürülmə və bərpa prosesi başladı

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:21 1090 baxış Peşə təhsili alanlar üçün köçürülmə və bərpa müraciətlərinin qəbulu sentyabrın 10-dək davam edəcək Elpress.az xəbər verir ki, 2026–2027-ci tədris ilinin ilk yarısı üzrə peşə təhsili müəssisələrində […]

Ramiz İdrisoğluya yeni vəzifə verildi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:05 1126 baxış Dövlət Komitəsindən ayrıldı: Ramiz İdrisoğlu fəaliyyətini bu nazirlikdə davam etdirəcək Elpress.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kadr dəyişikliyi baş verib. Komitənin mətbuat katibi […]