Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı həyata keçirilib.
Elpress.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrlə Vaqif Əhmədov qurumun İnnovasiya və Təchizat Mərkəzində Satınalma və Təchizat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.Yeni vəzifəsinə qədər Vaqif Əhmədov Milli Kibertəhlükəsizlik Agentliyinin Satınalma və İnzibati İşlər Bölməsinə rəhbərlik edib.O, əmək fəaliyyəti dövründə Dövlət Ehtiyatları Agentliyində, həmçinin “Azerconnect” şirkətində də çalışıb.


