--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Falçının məsləhəti milyonçu etdi: Şəxsiyyət vəsiqəsindəki rəqəmlərlə böyük uduş qazandılar

Aysel Əlibəyli 26 İyul 2026 · 19:46 1030 baxış

Malayziyada yaşayan bir ailə lotereyada qazandığı milyonlarla dollar dəyərində uduşla ölkə gündəminə çevrilib.

Elpress.az xəbər verir ki, Pinanq ştatının Eyr-İtam şəhərində yaşayan cütlük falçının tövsiyəsindən sonra lotereya üçün həyatları ilə bağlı rəqəmləri seçmək qərarına gəlib.

Məlumata görə, onlar şəxsiyyət vəsiqələrindəki rəqəmlərlə oynayaraq 8,1 milyon Malayziya rinqqiti məbləğində böyük uduş əldə ediblər. Bu isə təxminən 2 milyon ABŞ dollarına bərabərdir.

Qaliblərdən biri əvvəlcə nəticəyə inanmadığını, lotereya tətbiqini dəfələrlə yoxladığını bildirib. O, qazandığı böyük məbləğə baxmayaraq, hazırkı işindən ayrılmaq niyyətində olmadığını deyib.

Ailə əldə olunan vəsaiti ilk növbədə borclarını bağlamağa, daha sonra isə uzunmüddətli səyahətə sərf etməyi planlaşdırır. Bildirilib ki, həyat yoldaşı təqaüdə çıxacaq, ailə başçısı isə mühasib kimi fəaliyyətini davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Füzulidə aerokosmik festival gəncləri bir araya topladı

Next Article

Azərbaycanda erkən analarla bağlı statistika açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Valideynlərin uşaqlar arasında favorit seçdiyi iddia olunur

Aysel Əlibəyli 30 İyul 2026 · 16:28 1020 baxış Araşdırmalara görə, valideynlər bəzən uşaqlarından birinə digərləri ilə müqayisədə emosional olaraq daha yaxın ola bilirlər. Elpress.az xəbər verir ki, Psychology Today jurnalının istinad etdiyi araşdırmalarda valideynlərin […]

Azərbaycan vizasız giriş imkanlarını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:45 1046 baxış Azərbaycan qanuni miqrasiyanın təşviqi istiqamətində tətbiq etdiyi mexanizmləri genişləndirməyə davam edir. Elpress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media […]

Bakı metrosunda havalandırma sistemi yenilənir

Aysel Əlibəyli 19 İyul 2026 · 15:57 1034 baxış Bakı metrosunda sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması istiqamətində mühüm yenilənmə işləri davam etdirilir. Elpress.az xəbər verir ki, metropolitenin stansiya və tunellərində daha 6 müasir tipli havalandırma […]