--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

AzTU-da ikinci təhsil almaq istəyənlərə şans

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:24 1054 baxış

Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir.

Elpress.az xəbər verir ki, universitetdə əyani təhsil formasında ikinci ali təhsil almaq üçün qəbul bir sıra iqtisadi, texniki və mühəndislik ixtisasları üzrə aparılır.Təkrar ali təhsil üçün müraciət edən şəxslərdən qəbul imtahanı tələb olunmur. Ali təhsili olan şəxslər əvvəlki ixtisaslarının fərqli olması və ya hazırkı vəzifələrinin seçdikləri ixtisasa uyğun gəlməsi halında müsabiqədə iştirak edə bilərlər. Müvafiq şərtlərə uyğunluq universitetin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir.

Qəbul beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, maliyyə, marketinq, menecment, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, aerokosmik mühəndislik, energetika mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi, sənaye mühəndisliyi və digər ixtisaslar üzrə həyata keçirilir.1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil alan şəxslər isə diplomları Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra AzTU-da təkrar ali təhsil ala bilərlər.

Dərslər saat 18:30-da başlayır. Sənəd qəbulu 31 avqust 2026-cı il tarixinədək elektron formada həyata keçirilir.

Müraciətlər portal.edu.az platforması üzərindən qəbul olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DİN-dən əməliyyat: 116 kiloqram narkotik ələ keçirildi

Next Article

Laçında beynəlxalq film festivalı başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yağış mövsümü gecikəcək, fırtınalar isə daha güclü olacaq

Aysel Əlibəyli 20 Avqust 2026 · 08:34 1066 baxış Qlobal istiləşmə tropik bölgələrdə yağışlı mövsümün vaxtını dəyişməklə yanaşı, fırtınaların gətirdiyi yağıntıların daha intensiv olmasına səbəb ola bilər. Elpress.az xəbər verir ki, “Nature Geoscience” jurnalında yayımlanan […]