--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Mərhum Sevinc Kərimovanın “Tərəqqi” medalı qızına verildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:52 1076 baxış

ABŞ-də Azərbaycan mədəniyyətinin və milli dəyərlərin təbliğinə töhfələr vermiş mərhum mədəniyyət xadimi Sevinc Kərimovanın dövlət təltifi ailəsinə təqdim olunub.

Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Sevinc Kərimovanın qızı Nigar Vəkilova ilə görüşüb və Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan “Tərəqqi” medalını ona təqdim edib.

Sevinc Kərimova 7 yanvar 2026-cı il tarixli Prezident Sərəncamı ilə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Görüş zamanı Fuad Muradov mərhum sənətçinin xaricdə Azərbaycan mədəniyyətinin tanıdılması, milli dəyərlərin qorunması və soydaşlarımız arasında azərbaycançılıq ideyalarının yayılması istiqamətində fəaliyyətindən danışıb.

Komitə sədri 2025-ci ildə ABŞ-yə səfəri zamanı Sevinc Kərimova ilə görüşünü də xatırladıb və onun Azərbaycan-ABŞ mədəni əlaqələrinin inkişafına verdiyi töhfələri qeyd edib.

Nigar Vəkilova isə anasının əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Sevinc Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları və müxtəlif kütləvi tədbirlər üzrə rejissor və prodüser kimi fəaliyyət göstərib. O, “Karvan” qrupunun yaradıcısı olub. Daha sonra ABŞ-də fəaliyyətini davam etdirərək “Golden Arts Entertainment Production” şirkətində prodüser kimi çalışıb.

Sevinc Kərimova Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə” beynəlxalq layihələrinin təşkilində də iştirak edib. Həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərə dəstək göstərib.

Məlumat üçün bildirək ki, Sevinc Kərimova 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə də təltif olunub. O, 2026-cı ilin yanvarında, 70 yaşında vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xaricdəki azərbaycanlı alimlər Bakıda bir araya gələcək

Next Article

Azərbaycan sənətkarlığı İstanbulda nümayiş olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Aysel Əlibəyli 04 İyun 2026 · 21:34 1202 baxış Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda 28 May – Müstəqillik Günü münasibətilə ilk dəfə rəsmi qəbul təşkil edilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Dominikan hökumətinin rəsmiləri, […]

“Qarabağ Tallin” Brüsseldən gümüş medalla döndü

Aysel Əlibəyli 08 İyun 2026 · 15:50 1240 baxış Belçikanın paytaxtı Brüsseldə təşkil olunan III Beynəlxalq “Suqovuşan” minifutbol turnirinə yekun vurulub. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların və digər xalqların nümayəndələrinin formalaşdırdığı həvəskar komandaların qatıldığı yarışda 24 […]