--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Qarabağ Tallin” Brüsseldən gümüş medalla döndü

Aysel Əlibəyli 08 İyun 2026 · 15:50 1268 baxış

Belçikanın paytaxtı Brüsseldə təşkil olunan III Beynəlxalq “Suqovuşan” minifutbol turnirinə yekun vurulub.

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların və digər xalqların nümayəndələrinin formalaşdırdığı həvəskar komandaların qatıldığı yarışda 24 kollektiv mübarizə aparıb. Elpress.az Azərtaca-a istinadən xəbər verir ki, Turnirdə Estoniyadakı azərbaycanlıları təmsil edən “Qarabağ Tallin” komandası da iştirak edib.Estoniya-Azərbaycan “Birlik” icmasının və azərbaycanlı sahibkarların dəstəyi ilə yarışa qatılan komanda uğurlu çıxışı ilə diqqət çəkib. Tallin təmsilçisi keçirdiyi 9 qarşılaşmanın 8-də qalib gələrək final mərhələsinə yüksəlməyi bacarıb.Həlledici oyunda rəqibinə uduzan “Qarabağ Tallin” turniri gümüş medallarla başa vurub.Komandanın üzvü Lev Visman isə turnir boyu nümayiş etdirdiyi oyuna görə yarışın ən yaxşı futbolçusu adına layiq görülüb.Qeyd edək ki, yarışda Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna və Pakistan da daxil olmaqla müxtəlif ölkə və təşkilatların komandaları iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran İsrailə xəbərdarlıq etdi: Hücumlar davam etsə, cavab daha sərt olacaq

Next Article

Uşaqlara uyğun olmayan görüntülərin göndərilməsinə məhdudiyyət

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bişkekdə Azərbaycan dili və ədəbiyyatı müzakirə olunub

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 21:32 1082 baxış Qırğızıstanın paytaxtında Türk dünyasının ortaq dil və mədəni irsinə həsr olunan beynəlxalq elmi-praktik konfrans təşkil edilib. Elpress.az xəbər verir ki, tədbir Yusif Balasaqunlu adına Qırğız Milli […]

Belarusda yaşayan azərbaycanlıya dövlət medalı təqdim olunub

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:32 1110 baxış Elpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin […]