--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan “Sıfır Tullantı” Forumunda beynəlxalq diqqət mərkəzində

Aysel Əlibəyli 06 İyun 2026 · 17:46 1224 baxış

İstanbulda keçirilən “Sıfır Tullantı Forumu 2026” çərçivəsində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə həsr olunmuş yüksək səviyyəli nazirlər toplantısı baş tutub.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edib.Nazir çıxışında qlobal ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, kənd təsərrüfatında dayanıqlılığın artırılması və məhsul itkilərinin minimuma endirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, aqro-logistika, müasir saxlama sistemləri, nəqliyyat infrastrukturu və rəqəmsal həllərə yatırılan investisiyalar bu sahədə mühüm rol oynayır.Məcnun Məmmədovun sözlərinə görə, süni intellekt və ağıllı idarəetmə texnologiyalarının tətbiqi məhsulların təchizat zəncirində daha səmərəli hərəkətinə, itkilərin azalmasına və resurslardan daha effektiv istifadəyə şərait yaradır.Nazir həmçinin qeyd edib ki, Azərbaycan aqrar sektorda ərzaq itkilərinin azaldılması və dəyər zəncirinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.Forum çərçivəsində kənd təsərrüfatında innovasiyalar, ağıllı logistika, beynəlxalq ticarət siyasətləri və ərzaq təhlükəsizliyi ilə bağlı panel müzakirələr də təşkil olunub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tələbə Liqasına möhtəşəm yekun

Next Article

Avropa səmasında böhran təhlükəsi: IATA-dan kritik açıqlama

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Aysel Əlibəyli 18 İyun 2026 · 16:48 1189 baxış Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan “Düzəlmə planetinə səyahət” tamaşası Rusiyada keçirilən beynəlxalq teatr müsabiqəsində yüksək nəticə əldə edib. Elpress.az Kulis.az-a istinadən […]

Pakistanın Bakıdakı səfirliyində yeni konsul

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:09 1052 baxış Rubab Kazmi mətbuat və mədəniyyət işləri üzrə konsul vəzifəsinə təyin edilib Elpress.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyində mətbuat və mədəniyyət sahələri üzrə yeni konsul fəaliyyətə […]

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:09 1114 baxış Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu çıxışı ilə diqqət çəkib. Elpress.az […]