--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Aysel Əlibəyli 18 İyun 2026 · 16:48 1177 baxış

Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan “Düzəlmə planetinə səyahət” tamaşası Rusiyada keçirilən beynəlxalq teatr müsabiqəsində yüksək nəticə əldə edib.

Elpress.az Kulis.az-a istinadən xəbər verir ki, səhnə əsəri “Mir Teatra” VI Beynəlxalq Teatr Sənəti Müsabiqəsində “Teatr yaradıcılığı – Tamaşa” nominasiyası üzrə I dərəcəli laureat adına layiq görülüb.Müsabiqə Moskvada onlayn formatda təşkil olunub və müxtəlif ölkələrdən teatr kollektivləri iştirak edib. Layihə Rusiya və Avstriyanın tanınmış teatr xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.Tamaşa Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Nefteyuqansk şəhərində fəaliyyət göstərən “Çayka” Gənclər Teatr-Studiyası tərəfindən səhnələşdirilib. Səhnə işi rejissor yozumu və aktyor oyunu ilə münsiflərin diqqətini çəkib.Layihənin yaradıcı heyəti və müəllifi teatr sənətinə verdikləri töhfəyə görə xüsusi təşəkkür məktubları ilə təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Next Article

Bakıda İƏT Parlament İttifaqının sessiyası keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1203 baxış Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın […]

Pakistanın Bakıdakı səfirliyində yeni konsul

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:09 1048 baxış Rubab Kazmi mətbuat və mədəniyyət işləri üzrə konsul vəzifəsinə təyin edilib Elpress.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyində mətbuat və mədəniyyət sahələri üzrə yeni konsul fəaliyyətə […]

“Qarabağ Tallin” Brüsseldən gümüş medalla döndü

Aysel Əlibəyli 08 İyun 2026 · 15:50 1210 baxış Belçikanın paytaxtı Brüsseldə təşkil olunan III Beynəlxalq “Suqovuşan” minifutbol turnirinə yekun vurulub. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların və digər xalqların nümayəndələrinin formalaşdırdığı həvəskar komandaların qatıldığı yarışda 24 […]

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1140 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]