--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Prezident: Azərbaycan Çindən hərbi məhsullar alıb

Aysel Əlibəyli 13 İyul 2026 · 11:19 1124 baxış

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndiyini və müdafiə sahəsində də yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev bu barədə IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı danışıb.Dövlət başçısı qeyd edib ki, ötən il Çinə dövlət səfəri və Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Onun sözlərinə görə, hazırda Azərbaycanda daha çox Çin şirkəti fəaliyyət göstərir və onlar iri investisiya, eləcə də infrastruktur layihələrində iştirak edirlər.Prezident bildirib ki, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərindən biri də müdafiə sahəsidir. İlham Əliyevin sözlərinə görə, Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib. Bu məhsulların bir hissəsi Qələbənin beşinci ildönümünə həsr olunan hərbi paradda nümayiş etdirilib, digər hissəsi isə hazırda ölkəyə gətirilir.Dövlət başçısı həmçinin Orta Dəhliz, liman infrastrukturu, günəş enerjisi layihələri və BYD şirkəti ilə elektrik avtobuslarının birgə istehsalı istiqamətində əməkdaşlığın da uğurla inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Çin şirkətləri layihələri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirmələri ilə seçilirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yüksək zəkaya sahib insanların ortaq xüsusiyyəti məlum oldu

Next Article

“Türk pop musiqisinin anası” – Sezen Aksu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev və Vladimir Putin Türkmənbaşıda söhbət ediblər

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:39 1068 baxış Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüblər. Elpress.az xəbər verir ki, oktyabrın 9-da Türkmənbaşı şəhərində […]

Azərbaycan və Pakistan hərbçiləri əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:24 1064 baxış Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev ölkəmizdə səfərdə […]

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:18 1066 baxış Kamran Əliyev Şamaxı, Qobustan, Ağsu və İsmayıllı sakinlərinin müraciətlərini dinləyib Elpress.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu […]