--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ramiz Mehdiyevin ev həbsi ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:25 1164 baxış

Dövlətçilik əleyhinə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddəti artırılıb.

Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bununla bağlı məhkəməyə müraciət edib.İstintaq orqanı bildirib ki, genişhəcmli cinayət işi üzrə araşdırmalar hələ yekunlaşmayıb və əlavə sübutların toplanmasına ehtiyac var. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində tətbiq edilən ev dustaqlığı qətimkan tədbirinin uzadılması istənilib.Səbail Rayon Məhkəməsi təqdim olunan vəsatəti təmin edərək Ramiz Mehdiyevin ev dustaqlığında qalma müddətini daha 5 ay artırıb.Xatırladaq ki, sabiq vəzifəli şəxs təxminən 8 ay əvvəl cinayət məsuliyyətinə cəlb olunub. Ona dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittihamlar irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azər Türk Bank qlobal bankçılıq sammitinə qatıldı

Next Article

Belfastda iğtişaşlar: Türklərə məxsus obyektə hücum edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İtkinlərlə bağlı DNT nümunələrinin təqdim olunması təklif edilib

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 10:49 1090 baxış Azərbaycan azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi məqsədilə qarşı tərəfə DNT nümunələrinin təqdim olunmasını təklif edib. Elpress.az xəbər verir […]

Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif olunub

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:03 1086 baxış Özbəkistan Prezidentinə Azərbaycanla münasibətlərin inkişafındakı xidmətlərinə görə yüksək dövlət ordeni verilib Elpress.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni ilə […]

Milli Məclis 14 qanun layihəsini müzakirəyə çıxarıb

Aysel Əlibəyli 19 İyun 2026 · 11:06 1140 baxış İyunun 19-da Milli Məclisin növbəti iclası keçirilir. İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Deputatlar iclas zamanı dövlət büdcəsinin icrası, […]