--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Kəlbəcərin tarixi və mədəni irsi qızıl və gümüş sikkələrdə əks olunub

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 10:08 1048 baxış

Elpress.az xəbər verir ki, “AzerGold” QSC Kəlbəcərin zəngin təbiətini, qədim tarixini və milli-mədəni irsini əks etdirən yeni qızıl və gümüş xatirə sikkələri kolleksiyasını təqdim edib.


Yeni kolleksiyanın dizaynında Kəlbəcərin folkloru, sənətkarlıq ənənələri və təbii sərvətlərindən ilhamlanan milli ornamentlərdən istifadə olunub.
Sikkənin əsas elementlərindən biri XIX əsrin sonlarına aid Kəlbəcərin qədim xovsuz məfrəşinin ornamentidir. Kompozisiyada bölgənin qədim arıçılıq ənənələrinə və məşhur dağ balına işarə edən arı pətəyi motivinə də yer verilib.
Sikkənin yuxarı və aşağı hissəsindəki 17 simmetrik xətt isə ənənəvi sazın pərdələrini simvolizə edir. Bu element Kəlbəcərin aşıq sənəti və saz ifaçılığı ənənələrinə xüsusi vurğu edir.
Kolleksiyada bölgənin keçmişi ilə yanaşı, onun yenidən qurulması və gələcəyə baxışı da numizmatika sənəti vasitəsilə ifadə olunub.
Kəlbəcər kolleksiyasına müxtəlif çəkilərdə qızıl və gümüş sikkələr daxildir. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə hazırlanıb. Məhsullar 999.9 əyarlı Azərbaycanda hasil olunan qızıl və gümüşdən istehsal edilib.
Kolleksiyanı “AzerGold” QSC-nin Bakı şəhərində yerləşən Satış və Mübadilə Mərkəzindən, həmçinin şirkətin onlayn satış platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanda hasil olunan qızıl və gümüşdən xatirə sikkələrinin və qızıl külçələrin istehsalına 2018-ci ildə başlanılıb. Hazırda şirkətin məhsul portfelində 15 qızıl və 12 gümüş olmaqla, ümumilikdə 27 kolleksiya yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ficidə böyük qalmaqal: Məhkəmə sübutu kimi saxlanılan kokain unla əvəzlənib

Next Article

İlham Əliyev Bakıda keçirilən beynəlxalq Media Forumunun iştirakçılarına müraciət göndərib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Aysel Əlibəyli 17 İyul 2026 · 16:13 1069 baxış Vaqif Poeziya Günləri çərçivəsində Ağdamda Türk dünyasının gənc şairlər festivalı keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən […]

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1076 baxış Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib. Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə […]

Suraxanı gimnaziyasına çoxdilli kitabxana hədiyyə edilib

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:37 1042 baxış Neft şirkəti məktəbə altı dildə 300-dən çox Azərbaycan və dünya klassikinin əsərlərini təqdim edib Elpress.az xəbər verir ki, Yeni tədris ili münasibətilə “Surakhani Oil” hasilat şirkəti […]

Mehriban Əliyeva Nəriman Həsənzadə ilə bağlı paylaşım etdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:19 1064 baxış Birinci vitse-prezident Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərini ifadə edib Elpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı […]