--:--:-- | 19 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakı və Ankara ədliyyə sahəsində əməkdaşlığı genişləndirir

Aysel Əlibəyli 01 İyul 2026 · 18:38 1058 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə görüş keçirib.

Görüş zamanı Fərid Əhmədov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Tərəflər iki ölkə arasında ədliyyə sahəsində mövcud əməkdaşlığın vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Bildirilib ki, son illərdə nazirliklər arasında reallaşdırılan qarşılıqlı səfərlər, imzalanan sənədlər və birgə fəaliyyət mexanizmləri əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayıb.

Görüşdə hüquqi yardım, penitensiar və probasiya sistemləri, rəqəmsal texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Həmçinin qeyd olunub ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə layihələr və çoxtərəfli əməkdaşlıq mexanizmləri hüquq sahəsində inteqrasiyanın daha da güclənməsinə töhfə verir.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Baltika” Azərbaycan bazarına qayıtdı: Bakıda qastronomik təqdimat keçirildi

Next Article

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranda Milli Birlik Vurğusu: Parçalanma Yoxdur

Elşən 24 Aprel 2026 · 09:46 1090 baxış İranın prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bager Qalibaf ölkədə milli həmrəyliyin möhkəm şəkildə qorunduğunu, cəmiyyətdə heç bir parçalanma olmadığını bəyan ediblər. Elpress.az APA-ya istinadən xəbər […]

AMB pul siyasəti ilə bağlı yeni qərar verdi

Aysel Əlibəyli 24 İyun 2026 · 11:18 1074 baxış Elpress.az xəbər verir ki, Central Bank of the Republic of Azerbaijan 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikində dəyişiklik edib. Məlumata görə, faiz dəhlizinin […]