--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Türk politoloqdan Türkiyə–Azərbaycan əlaqələrinə yüksək qiymət

Aysel Əlibəyli 16 İyul 2026 · 13:39 1076 baxış

Hüsamettin İnanç Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığını Türk dünyası üçün örnək adlandırıb

Elpress.az xəbər verir ki , Türk politoloq Hüsamettin İnanç bildirib ki, Azərbaycan ilə Türkiyə arasında formalaşan münasibətlər təkcə dostluq və qardaşlıq anlayışları ilə məhdudlaşmır, ortaq tarixə, mədəniyyətə, milli kimliyə və strateji maraqlara əsaslanan xüsusi tərəfdaşlıq modelidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər bu reallığın növbəti təsdiqidir.Ekspert vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsində mühüm rol oynayıb. O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr yalnız təhlükəsizlik sahəsini deyil, enerji, iqtisadiyyat, elm, təhsil və digər istiqamətləri də əhatə edir.Hüsamettin İnanç bildirib ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri, təbii qaz layihələri və digər iri enerji təşəbbüsləri iki ölkə arasındakı strateji tərəfdaşlığın ən mühüm göstəricilərindəndir. Onun sözlərinə görə, bu əməkdaşlıq Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipinin ən parlaq təzahürüdür.Politoloq əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi, təhlükəsizlik və müdafiə sahəsində yeni mexanizmlərin formalaşdırılması, eləcə də gələcəkdə birgə hərbi təlimlərin keçirilməsi bu strateji münasibətlərin daha da inkişaf etdiyini göstərir. O, həmçinin Qarabağ Zəfərinin bütün Türk dünyası üçün mühüm nümunə yaratdığını və Türkiyə–Azərbaycan münasibətlərinin digər türk dövlətləri ilə əməkdaşlıq üçün örnək model olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yunis Qurbanov: Strateji tərəfdaşlıq yeni mərhələyə keçib

Next Article

Rəşad Rəsullu Hidayətin çəki probleminə aydınlıq gətirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Aysel Əlibəyli 23 İyun 2026 · 17:24 1120 baxış Dövlət qulluqçularının peşə bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən silsilə anım və tədbirlər keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir çərçivəsində rayon rəhbərliyi və […]

Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 10:45 1054 baxış Azərbaycan 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək niyyətindədir. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı […]