Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Mehbalı oğlu Muradov vəzifəsindən azad edilib.
Elpress.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ovni Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.


