--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1082 baxış

Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib.

Elpress.az xəbər verir ki, toplantıda Azərbaycanın “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” devizi ilə həyata keçirdiyi sədrlik fəaliyyəti çərçivəsində üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.

İclas zamanı AQEM-in beynəlxalq təşkilata çevrilməsi prosesi, bu məqsədlə hazırlanan Nizamnamə layihəsi üzrə aparılan danışıqlar və əldə olunan irəliləyişlər barədə iştirakçılara məlumat verilib, üzv dövlətlərin mövqeləri ətrafında müzakirələr aparılıb.

Görüşdə, həmçinin cari ilin sonunda Bakıda keçiriləcək AQEM Zirvə Görüşünə hazırlıq məsələləri və sammitin yekun sənədləri ilə bağlı ilkin fikir mübadiləsi baş tutub.

Bununla yanaşı, Katibliyin strukturunun təkmilləşdirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də təşkilatın müxtəlif əməkdaşlıq istiqamətləri üzrə konseptual sənədlər də müzakirə edilib.

İclasda AQEM-in institusional inkişafı, bu sahədə irəli sürülən təşəbbüslər və gələcək fəaliyyət istiqamətləri də diqqət mərkəzində olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ərbildə güclü partlayışlar: Hava hücumundan müdafiə sistemləri işə düşdü

Next Article

Qlobal bazarlarda qarışıq dinamika

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Fridrix Mertslə görüşdü

Aysel Əlibəyli 21 İyul 2026 · 15:03 1100 baxış Prezident İlham Əliyevlə Almaniya Kansleri Fridrix Mertsin təkbətək görüşü keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Berlində Almaniya Federativ Respublikasının Federal […]

XİN-dən Azərbaycan vətəndaşlarına vacib çağırış

Aysel Əlibəyli 09 İyun 2026 · 10:40 1172 baxış Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna və Yaxın Şərqdə davam edən silahlı qarşıdurmalar fonunda vətəndaşlara müraciət edib. Elpress.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda hazırkı beynəlxalq təhlükəsizlik […]