--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Zelenski İlham Əliyevə təşəkkür edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:05 1052 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyi təbrikə görə təşəkkür edib.

Elpress.az xəbər verir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib və Azərbaycan Prezidentinin təbrik məktubunun fotosunu yayımlayıb.Ukrayna lideri Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyinin daim qəti olduğunu vurğulayıb. O, iki ölkə arasında uzun illər ərzində formalaşan iqtisadi əməkdaşlığın inkişaf etdirildiyini, enerji və təhlükəsizlik sahələrində yeni imkanların yaradıldığını bildirib.Zelenski həmçinin Azərbaycan və Ukraynanın ehtiyac yarandığı zaman bir-birinə dəstək göstərdiyini qeyd edib.

Ukrayna Prezidenti iki ölkə arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb

Next Article

Avqust ayının sosial ödənişləri tam ödənilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Media və Yayım Şurası Azərbaycanla bağlı iddialara münasibət bildirib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:38 1024 baxış Almaniyanın keçmiş kəşfiyyat rəhbəri August Hanninglə bağlı araşdırma çərçivəsində Azərbaycanın adının hallandırılması rəsmi Bakıda narazılıq doğurub. Azərbaycan Media və Yayım Şurası yayılan məlumatları əsassız və dezinformasiya […]

İlham Əliyev MDB Kulinariya Festivalı ilə tanış olub

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 22:24 1042 baxış Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin Milli Kulinariya Festivalının təqdimatında iştirak edib. Elpress.az xəbər verir ki, dövlət başçısı festival çərçivəsində nümayiş etdirilən milli mətbəx nümunələri ilə […]