--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Əli Əsədov Gürcüstanın baş prokuroru ilə görüşüb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:47 1094 baxış

Azərbaycan və Gürcüstan prokurorluqları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüş keçirib.Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib. Azərbaycan-Gürcüstan əlaqələrinin qarşılıqlı etimad və mehriban qonşuluq prinsipləri əsasında uğurla davam etdiyi vurğulanıb.Tərəflər, həmçinin prokurorluq qurumları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunublar. Transsərhəd və kibercinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin artırılmasının, eləcə də təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin vacibliyi qeyd olunub.Görüşdə iki ölkənin prokurorluq orqanları arasında gələcək əməkdaşlıq istiqamətləri də müzakirə edilib. Tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sığorta sektorunun inkişafı müzakirə edilib

Next Article

Abşeron çimərliklərində sabah hava necə olacaq?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə XİN-dən Azərbaycana təbrik

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 12:25 1082 baxış Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik paylaşımı yayıb. Elpress.az xəbər verir ki, nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında qardaş ölkənin müstəqilliyinin bərpasının […]

Aİ Azərbaycana sülh prosesində dəstək yollarını müzakirə edir

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:14 1086 baxış Maqdalena Qrono: Minatəmizləmə və mədəni irsin qorunması əsas istiqamətlərdəndir Elpress.az xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın sülh prosesində Aİ-nin […]

Paşinyan Azərbaycanla bağlı suala belə reaksiya verdi

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 21:15 1080 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən COP17 konfransında Azərbaycanın iştirak etməməsi ilə bağlı suala cavab verərkən narazılığını ifadə edib. Elpress.az xəbər verir ki, jurnalist Azərbaycan […]