Bakının Yasamal rayonundakı məktəblərdən birində yanğın törətməyə cəhdlə bağlı yeni məlumat açıqlanıb.
Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə əlaqədar əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov və məktəbin 10-cu və 11-ci siniflərində təhsil alan beş şagird saxlanılıb.
Xatırladaq ki, hadisə oktyabrın 12-də baş verib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.


