Nazirlər Kabineti büdcə təsnifatı və dövlət qurumlarının adları ilə bağlı qərarlarda dəyişiklik edib.
Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi büdcə xərclərinin inzibati təsnifatına daxil olunub.
Həmçinin Agentliyin adı dövlət orqanlarının aparatlarının və onların fəaliyyətini təmin edən qurumların adlarını əhatə edən siyahıya əlavə edilib.


