--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Şamaxıda COP31-ə hazırlıq çərçivəsində üçüncü qeyri-rəsmi iqlim məsləhətləşmələri keçirilib

Aysel Əlibəyli 25 İyul 2026 · 01:08 1088 baxış

Şamaxıda COP31 Sədrliyinin təşkilatçılığı ilə iqlim danışıqları üzrə dövlət nümayəndə heyətlərinin rəhbərlərinin üçüncü qeyri-rəsmi Şamaxı Toplantısı baş tutub.

Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, tədbirdə 34 ölkədən və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyindən 70-dən çox nümayəndə iştirak edib. Toplantıda nazirlər, nazir müavinləri, dövlət başçılarının iqlim məsələləri üzrə nümayəndələri, eləcə də UNFCCC-nin danışıqlar qruplarının rəhbərləri təmsil olunublar.

Müzakirələrdə iqlim maliyyəsi, ədalətli keçid, iqlim dəyişikliklərinə uyğunlaşma, istixana qazı emissiyalarının azaldılması, həmçinin COP29, COP30 və COP31 sədrliklərinin Troika çərçivəsində həyata keçirdiyi “Belem 1.5 Missiyası” təşəbbüsü əsas gündəm mövzuları olub.Toplantıda cari ilin iyun ayında Almaniyanın Bonn şəhərində keçirilmiş UNFCCC Köməkçi Orqanlarının 64-cü sessiyasının nəticələri, qarşıdan gələn COP31 çərçivəsində qəbul ediləcək qərarların hazırlanması və iqlim danışıqlarında mövcud çətinliklərin aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.Açılış və bağlanış mərasimlərində Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP31-in baş icraçı direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri nazirinin müavini Fatma Varank, COP31 üzrə məsləhətçi Salli Boks, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Braziliyanın Ətraf Mühit və İqlim Dəyişiklikləri Nazirliyinin Milli Katibi Ana Tonin çıxış ediblər.

Bildirilib ki, Şamaxı Toplantısı iqlim danışıqları iştirakçıları arasında açıq, şəffaf və nəticəyönümlü müzakirələrin aparılması üçün mühüm platformaya çevrilib. Tədbir iştirakçıları bu formatın gələcəkdə də davam etdirilməsini dəstəklədiklərini ifadə ediblər.

Qeyd olunub ki, COP32-yə ev sahibliyi edəcək Efiopiya nümayəndə heyəti 2027-ci ildə Azərbaycanla birlikdə dördüncü Şamaxı Toplantısını keçirməyə hazır olduqlarını bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp və Zelenskinin Vaşinqton görüşü gözlənilir

Next Article

Baş Prokurorluqda intizam tədbirləri: 8 əməkdaş məsuliyyətə cəlb edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan ABŞ-dan minatəmizləmə dəstəyi gözləyir

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:10 1074 baxış Səfir: Azərbaycan mina probleminin həlli üçün ABŞ-ın texnoloji imkanlarından yararlanmaq istəyir Elpress.az xəbər verir ki, Azərbaycan mina təhlükəsinin aradan qaldırılması istiqamətində yeni texnologiya və üsulların tətbiqi […]

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1082 baxış Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, […]

Çin Pekinin Azərbaycanın ŞƏT-də rolunu dəstəklədiyini açıqlayıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:43 1090 baxış Çinli ekspert: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir Elpress.az xəbər verir ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində fəaliyyətinin genişlənməsini və ölkənin təşkilatda daha […]