--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Rubiodan Ukrayna ilə bağlı mühüm açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:23 1216 baxış

ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təşəbbüsləri yenidən aktivləşdirməyə hazır olduğunu bəyan edib.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb.Rubio bildirib ki, Vaşinqton Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün səylərini davam etdirməyə hazırdır.ABŞ dövlət katibi eyni zamanda ölkəsinin bu münaqişədə tərəfsiz vasitəçi olmadığını vurğulayıb.“Bu məsələdə açıq danışaq, biz bu müharibədə tərəfsiz vasitəçi deyilik”, – deyə o qeyd edib.Marko Rubionun sözlərinə görə, ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü davam etdirərək Kiyevə dəstək verir.O əlavə edib ki, Vaşinqton Ukraynadakı münaqişənin hərbi yolla həllinin mümkün olmadığı qənaətindədir və problemin yalnız diplomatik vasitələrlə aradan qaldırıla biləcəyini hesab edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-də güclü zəlzələ qeydə alınıb.

Next Article

Əraqçi: Bu məqsədlərə hərbi yolla nail olmaq mümkün deyil

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və NATO minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 18:12 1066 baxış Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən məlumat verilib.Müzakirələr ANAMA İdarə […]

Seneqallı nazir DOST Mərkəzində olub

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:40 1080 baxış Seneqal nümayəndə heyəti Azərbaycanda sosial xidmətlərin rəqəmsallaşdırılması təcrübəsi ilə tanış olub Elpress.az xəbər verir ki, Seneqal Respublikasının dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou […]

Azərbaycan və Tacikistan Baş nazirləri Bakıda görüşüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:52 1096 baxış Əli Əsədov və Koxir Rasulzoda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 25-də ölkəmizdə rəsmi səfərdə […]