--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Kəlbəcərdə ilk əmək yarmarkası keçirilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:24 1066 baxış

Kəlbəcərdə işaxtaranlara 90-dan çox vakansiya təqdim olunub

Elpress.az xəbər verir ki, Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası təşkil edilib. Tədbir Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilib və işaxtaran şəxslərin müxtəlif müəssisələrdə mövcud olan vakansiyalarla tanış olmasına şərait yaradılıb.Yarmarkada dövlət və özəl sektoru təmsil edən 16 müəssisə iştirak edib. Vətəndaşlara mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, elektrik montyoru, qaynaqçı, sürücü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşələr üzrə 90-dan çox iş yeri təklif olunub.Tədbir zamanı işəgötürənlər vakansiyalar üzrə tələblər barədə məlumat verib, uyğun namizədlərin qeydiyyatı həyata keçirilib. İştirakçılar həmçinin aktiv məşğulluq proqramları və onlardan yararlanmaq imkanları barədə məlumatlandırılıblar.Əmək yarmarkası çərçivəsində işəgötürənlərlə ayrıca görüş də keçirilib. Görüşdə məşğulluq sahəsində həyata keçirilən layihələr, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan aktiv məşğulluq proqramları müzakirə olunub və işəgötürənlərin sualları cavablandırılıb.Tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov da iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Üç həkimin qanunsuz plastik əməliyyat apardığı aşkarlanıb

Next Article

Anar Əsədlinin apellyasiya şikayəti təmin edilməyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AzerGold QSC yerli gümüş külçələrin istehsalına başlayır

Elşən 25 May 2026 · 09:36 1283 baxış AzerGold QSC ilk dəfə yerli xammal əsasında hazırlanmış 999,9 əyarlı gümüş külçələri satışa çıxarmağa hazırlaşır. Şirkətdə məhsulların istehsal mərhələsinə artıq start verildiyi bildirilib. Elpress.az bildirir ki, bunu […]

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1096 baxış Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 […]

“Cahan Holding”də marketinq üzrə yeni təyinat

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 17:05 1090 baxış “Cahan Holding”in Marketinq Departamentinə yeni rəhbər təyin olunub. Elpress.az xəbər verir ki, bu vəzifəyə marketinq sahəsində uzunmüddətli təcrübəyə malik Müşviq İskəndərov gətirilib. 2008-ci ildən peşəkar fəaliyyət […]