--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

XİN-dən Azərbaycan vətəndaşlarına vacib çağırış

Aysel Əlibəyli 09 İyun 2026 · 10:40 94 baxış

Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna və Yaxın Şərqdə davam edən silahlı qarşıdurmalar fonunda vətəndaşlara müraciət edib.

Elpress.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda hazırkı beynəlxalq təhlükəsizlik şəraitində müxtəlif regionlarda, xüsusilə Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələrin qlobal sülh və təhlükəsizlik üçün ciddi risk yaratdığı vurğulanıb.Qeyd edilib ki, son dövrlərdə həmin ərazilərdə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli xəsarətlər alması halları müşahidə edilir. Nazirlik bunun münaqişə zonalarında təhlükəsizlik risklərinin yüksək səviyyədə qaldığını göstərdiyini bildirib.XİN vətəndaşlara xaricə səfər etməzdən əvvəl gedəcəkləri ölkələrdəki vəziyyəti diqqətlə araşdırmağı, rəsmi qurumların xəbərdarlıqlarını nəzərə almağı və hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaq durmağı tövsiyə edib.Bəyanatda həmçinin vurğulanıb ki, Azərbaycan vətəndaşlarının muzdlu və ya könüllü şəkildə xarici ölkələrin ərazisində silahlı münaqişələrdə iştirak etməsi qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır.Nazirlik bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vətəndaşların hüquq və maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bununla yanaşı, hər bir şəxsin öz təhlükəsizliyinə məsuliyyətlə yanaşmasının vacibliyi qeyd olunub.Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı prosesləri izləməyə davam etdiyini də bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvan büdcəsinə vergi axını yüksəldi

Next Article

Azərbaycanda yağın qiyməti kəskin artdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azov dənizində həlak olan azərbaycanlıların nəşləri ölkəyə gətirildi

Aysel Əlibəyli 10 İyun 2026 · 21:37 66 baxış Azov dənizində həyatını itirən həmvətənlərimizin cənazələri Azərbaycana qaytarılıb. Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumu nəticəsində həyatını itirən 4 azərbaycanlı vətəndaşın nəşləri […]

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 12:25 36 baxış Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər […]