--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Naxçıvan büdcəsinə vergi axını yüksəldi

Aysel Əlibəyli 09 İyun 2026 · 10:22 1182 baxış

Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında artım müşahidə olunub.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 98,3 milyon manata yaxın vəsait daxil olub.Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz və ya 2,3 milyon manat çoxdur.Hesabat dövründə qeyri-dövlət sektorundan daxilolmalar 69,4 milyon manat təşkil edib. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz və ya 5,3 milyon manat artım deməkdir.Toplanan vergilərin 70,6 faizi qeyri-dövlət sektorunun, 29,4 faizi isə dövlət sektorunun payına düşüb.Bundan başqa, 2026-cı ilin yanvar-may aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar da artıb. Belə ki, bu istiqamətdə daxil olan vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz yüksələrək 2 milyon manata yaxın olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yevlaxda yanğın faciəsi: bir qadın həlak oldu

Next Article

XİN-dən Azərbaycan vətəndaşlarına vacib çağırış

Bəlkə də, sizin üçün maraqlı olar ...;

BMT rəsmisi: Azərbaycanın logistika habına çevrilmək potensialı var

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:46 1102 baxış Dmitro Şlapaçenko: Azərbaycan regional və qlobal dəyər zəncirlərində mövqeyini gücləndirə bilər Elpress.az xəbər verir ki, Azərbaycanın strateji coğrafi mövqeyi və inkişaf edən nəqliyyat infrastrukturu ölkənin regional […]