--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda yağın qiyməti kəskin artdı

Aysel Əlibəyli 09 İyun 2026 · 10:52 1272 baxış

Azərbaycanda qida səbətində mühüm yer tutan bitki yağlarının qiymətində artım müşahidə olunur.

Elpress.az xəbər verir ki, ölkənin bitki yağı tələbatının əsasən idxal hesabına ödənilməsi qiymət dəyişikliklərinin daxili bazara birbaşa təsir göstərməsinə səbəb olur.Məlumata görə, dünya bazarında bitki yağlarının qiyməti 2022-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb. Son göstəricilərə əsasən, bitki yağının orta qiyməti 1,3 faiz artaraq ton üzrə 1505 dollar təşkil edib.Ötən illə müqayisədə Azərbaycanda da əsas yağ növlərində qiymət artımı qeydə alınıb. Belə ki, günəbaxan yağının 1 litri orta hesabla 4,53 manatdan 4,96 manata yüksəlib. Qarğıdalı yağında qiymət 6,02 manatdan 6,46 manata, zeytun yağında isə 17,71 manatdan 18,12 manata qədər artıb.Mütəxəssislər bildirirlər ki, bitki yağları qlobal bazarda qiymət dəyişikliklərinə ən tez reaksiya verən məhsullar sırasındadır. İqtisadçı-ekspertlərin fikrincə, bu məhsullar üzrə yerli istehsalın məhdud olması və xammalın böyük hissəsinin idxaldan asılılığı qiymət artımını qaçılmaz edir.Qeyd olunur ki, Azərbaycanda istehlak olunan bitki yağları müxtəlif ölkələrdən idxal edilir. Günəbaxan yağı əsasən Rusiyadan, soya yağı isə daha çox Argentinadan gətirilir. 2025-ci ildə ölkəyə idxal olunan 169 min ton soya yağının böyük hissəsi Argentinanın payına düşüb.Eyni zamanda Türkiyədən günəbaxan, qarğıdalı və zeytun yağları idxal olunur ki, bu məhsullar əsasən qablaşdırılmış və markalı formada bazara çıxarılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

XİN-dən Azərbaycan vətəndaşlarına vacib çağırış

Next Article

İranda “Etimad” qəzeti və redaktoru barədə cinayət işi açılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Təyyarə heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənəcək

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:48 1106 baxış Kommersiya uçuşlarında heyətin iş və uçuş saatlarına yeni limitlər müəyyənləşir Elpress.az xəbər verir ki, Kommersiya hava daşımalarında çalışan təyyarə heyətinin iş, uçuş və istirahət vaxtlarının beynəlxalq […]

“Azərişıq” komandası Türkiyədə beynəlxalq yarışın qalibi olub

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 16:25 1076 baxış “Azərişıq” ASC-nin energetikləri Ankarada keçirilən beynəlxalq Peşə Ustalığı Yarışında “Ən təcrübəli mütəxəssis komandası” nominasiyası üzrə birinci yeri tutublar. Elpress.az xəbər verir ki, sentyabrın 21-dən 25-dək baş […]

Azərbaycanlı turistlər Gürcüstana daha çox gəlir qazandırdı

Aysel Əlibəyli 20 İyul 2026 · 17:20 1128 baxış Azərbaycanlı turistlərdən Gürcüstanın turizm gəlirləri 4,9 faiz artdı Elpress.az xəbər verir ki, Bu ilin ilk yarısında Gürcüstanın turizm sektorunun azərbaycanlı turistlərdən əldə etdiyi gəlir 107,6 milyon […]