--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Xarici məhkəmə qərarlarının icrası ilə bağlı ərizələrə yazılı qaydada baxılacaq

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 14:59 1066 baxış

Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə yazılı icraat qaydasında baxılan işlərin siyahısı genişləndirilir

Elpress.az xəbər verir ki, Xarici dövlətlərin məhkəmə qətnamələrinin məcburi icrası ilə bağlı ərizələrin yazılı icraat qaydasında araşdırılması təklif olunur.Bu məsələ Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərdə əksini tapıb və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib.Layihəyə əsasən, yazılı icraat qaydasında baxılacaq işlərin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Beləliklə, prosessual müddətlərin bərpası, xarici dövlət məhkəmələrinin qətnamələrinin məcburi icrası, həmin qətnamələrin tanınmasına qarşı etirazlar, eləcə də xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələrə yazılı icraat qaydasında baxılması təklif edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Next Article

Lukaşenko Trampın nümayəndələri ilə görüşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir müavini Belarusda ikitərəfli əlaqələri müzakirə etdi

Aysel Əlibəyli 04 İyun 2026 · 15:55 1177 baxış Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan–Belarus Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets […]

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:18 1076 baxış Kamran Əliyev Şamaxı, Qobustan, Ağsu və İsmayıllı sakinlərinin müraciətlərini dinləyib Elpress.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu […]