--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Nazir müavini Belarusda ikitərəfli əlaqələri müzakirə etdi

Aysel Əlibəyli 04 İyun 2026 · 15:55 1161 baxış

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan–Belarus Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüş keçirib.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Görüş zamanı elm və təhsil sahələri, o cümlədən ümumi, peşə və ali təhsil istiqamətləri üzrə mövcud əməkdaşlığın cari vəziyyəti və yaxın perspektivdə həyata keçirilməsi planlaşdırılan təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.Eyni zamanda, Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mümkün istiqamətlər müəyyənləşdirilib və bu sahədə yeni layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.Səfər çərçivəsində nazir müavini Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində olub. Firudin Qurbanov burada universitetin rektoru Aleksandr Juk və Belarus Respublikasının təhsil nazirinin birinci müavini Aleksandr Baxanoviçin müşayiəti ilə Tədris Robototexnikası Respublika Resurs Mərkəzi, müasir idman kompleksi, zəngin kitabxana sistemi və rəqəmsal elektronika üzrə tədris laboratoriyası ilə tanış olub, universitetin maddi-texniki bazası barədə ətraflı məlumat alıb.Daha sonra nazir müavini həmin ali təhsil müəssisəsində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət edib. Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan Firudin Qurbanov Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib və mərkəzə Qarabağ irsi ilə bağlı zəngin kitablar hədiyyə edib.Səfər çərçivəsində Firudin Qurbanov Azərbaycan dili və mədəniyyəti mərkəzində Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirib. Görüş zamanı nazir müavini tələbələrin həm təhsil aldıqları ölkədə, həm də beynəlxalq akademik mühitdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib, Azərbaycan və Belarus ali təhsil müəssisələri arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb və bu əməkdaşlığın tələbələr üçün yaratdığı geniş imkanlardan bəhs edib. Sonda tələbələrin sualları cavablandırılıb, onların fikir və təklifləri diqqətlə dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ronaldonun bazar dəyərində növbəti eniş

Next Article

Heydər Əliyev prospektində qəza səbəbilə sıxlıq yaranıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bir vəkil Kollegiyadan xaric edilib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:59 1064 baxış İki vəkilə töhmət verilib, daha iki nəfərə xəbərdarlıq edilib Elpress.az xəbər verir ki, İntizam pozuntularına yol verən vəkillərlə bağlı qərarlar qəbul edilib.Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına […]

20 Sentyabr – Dövlət Suverenliyi Günü: Prezidentdən paylaşım

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 21:53 1106 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib. Paylaşımda Azərbaycanın dövlət suverenliyinin simvolizə olunduğu […]

Türkiyə liderindən Azərbaycana Milli Qurtuluş Günü təbriki

Aysel Əlibəyli 15 İyun 2026 · 17:06 1120 baxış Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycanı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Elpress.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı sosial media hesabında […]