--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Türk Dövlətləri Təşkilatının artan rolu: Azərbaycan üçün türk dünyasının strateji əhəmiyyəti

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 11:13 1094 baxış

Elpress.az xəbər verir ki, son illərdə beynəlxalq münasibətlər sistemində baş verən sürətli geosiyasi dəyişikliklər, münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin effektivliyinin azalması region ölkələrinin təhlükəsizliyi və sabitliyi məsələsini daha da aktuallaşdırıb.

Belə mürəkkəb geosiyasi şəraitdə Türk Dövlətləri Təşkilatının (TDT) rolunun və beynəlxalq nüfuzunun artması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin TDT-yə üzv dövlətlərin təhlükəsizlik məsələləri üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər də təşkilatın gələcək inkişaf istiqamətlərinə və Azərbaycanın xarici siyasət prioritetlərinə diqqəti bir daha artırıb.Azərbaycan dövlət başçısının dəfələrlə vurğuladığı kimi, türk dünyası Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. TDT-ni digər beynəlxalq platformalardan fərqləndirən əsas xüsusiyyətlərdən biri isə üzv dövlətlər arasındakı əlaqələrin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmaması, ortaq tarixi, dil, mədəniyyət və mənəvi bağlara əsaslanmasıdır.2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündən etibarən təşkilatın inkişaf yolu türk dövlətləri arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndiyini göstərir. Bu proses siyasi və iqtisadi əlaqələrlə yanaşı, qarşılıqlı inteqrasiyanın dərinləşməsinə və təşkilatın beynəlxalq müstəvidə daha görünən aktora çevrilməsinə şərait yaradıb.Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinə dair imzaladığı sənədlər ikitərəfli əlaqələrin yüksək səviyyəsini nümayiş etdirir. Birgə investisiya fondlarının yaradılması, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı layihələrin həyata keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat və logistika imkanları da dövlətlərin ümumi təhlükəsizlik arxitekturasının mühüm elementləri hesab olunur.

Türk dövlətlərinin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, zəngin təbii ehtiyatlara malik olması və mühüm enerji-nəqliyyat marşrutlarının üzərində qərar tutması bu ölkələrin regional və beynəlxalq proseslərdə əhəmiyyətini artıran əsas amillər sırasında yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Neft ucuzlaşıb: “Brent” 104 dollardan aşağı düşüb

Next Article

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Berlində rəsmi qarşılandı

Aysel Əlibəyli 21 İyul 2026 · 15:17 1080 baxış Prezident İlham Əliyevin Almaniyada rəsmi qarşılanma mərasimi keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Berlində rəsmi qarşılanma mərasimi keçirilib.Almaniya Federativ Respublikasının […]

ABŞ Konqresinin nümayəndəsi ANAMA-da olub

Aysel Əlibəyli 19 İyun 2026 · 18:46 1144 baxış ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Camal Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində (ANAMA) olub. Elpress.az xəbər verir ki, ANAMA-nın İdarə Heyətinin […]

Azərbaycan XİN Pakistana başsağlığı verib

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:16 1112 baxış Bakı Kohatda məscid və polis kompleksinə hücumu pisləyərək Pakistanla həmrəyliyini bildirib Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində baş verən […]