--:--:-- | 08 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Ekspert: Bakı-Aşqabad əməkdaşlığı region üçün yeni imkanlar yaradır

Aysel Əlibəyli 23 İyun 2026 · 19:18 1064 baxış

Azərbaycan və Türkmənistan arasında son illər müşahidə olunan siyasi dialoq və yüksəksəviyyəli təmaslar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu fikirləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasi ekspert Nazim Cəfərsoy səsləndirib.Ekspertin sözlərinə görə, Azərbaycan Xəzər vasitəsilə Asiyaya çıxış baxımından Türkmənistan üçün mühüm tərəfdaş olduğu kimi, Türkmənistan da Azərbaycan üçün regionun nəqliyyat və enerji xəritəsində xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin Orta Dəhliz üzərində yerləşməsi tranzit və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Nazim Cəfərsoy bildirib ki, Azərbaycanın enerji, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və texnoloji modernləşmə sahəsində qazandığı təcrübə Türkmənistanla əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verə bilər.Onun fikrincə, iki ölkə arasında strateji əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Türkmənistanın zəngin qaz ehtiyatlarının Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına nəqli regionun və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.Ekspert həmçinin vurğulayıb ki, sənaye, nəqliyyat, logistika və investisiya sahələrində də geniş əməkdaşlıq potensialı mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa layihələri və ölkənin tranzit imkanları Türkmənistan üçün yeni əməkdaşlıq perspektivləri yaradır.

Elpress.az Azərtac-a istinadən xəbər verir ki, Nazim Cəfərsoyun sözlərinə görə, ortaq tarix, dil və mədəni dəyərlər Azərbaycan-Türkmənistan münasibətlərinin daha da möhkəmlənməsi üçün etibarlı zəmin formalaşdırır və mövcud dinamika qarşıdakı illərdə əlaqələrin daha da dərinləşəcəyini göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyadan Ermənistana 700 ton buğda Azərbaycandan keçdi

Next Article

Bakıda bu yollardan keçənlərə xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstan Azərbaycanla sərhəd məsələsini müzakirə edib

Aysel Əlibəyli 03 İyun 2026 · 10:18 1150 baxış Gürcüstan hökuməti ötən il ərzində regionda sabitliyin möhkəmləndirilməsi və davamlı sülhün təmin olunmasına yönəlmiş balanslı qonşuluq siyasəti həyata keçirdiyini bəyan edib. Elpress.az APA-ya istinadən xəbər verir […]

Bakıda Estoniyanın səfirliyi fəaliyyətə başladı

Aysel Əlibəyli 11 İyun 2026 · 23:43 1096 baxış Azərbaycan və Estoniya arasında keçirilən siyasi məsləhətləşmələr zamanı Estoniyanın ölkəmizdə fəaliyyətə başlayan səfirliyinin əhəmiyyəti vurğulanıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan və Estoniya […]

Prezidentdən Milix Yevdayevlə bağlı sərəncam

Aysel Əlibəyli 25 İyul 2026 · 14:19 1024 baxış Prezident İlham Əliyev Milix Yevdayevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milix İlxananoviç Yevdayevin […]