--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 14:55 1056 baxış

Cinayət və Cinayət-Prosessual məcəllələrə terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı dəyişikliklər təklif olunur

Elpress.az xəbər verir ki, Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və bu sahədə hüquqi mübarizə mexanizmlərinin gücləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər hazırlanıb.Dəyişikliklər Cinayət və Cinayət-Prosessual məcəllələrə təklif olunur və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.Layihənin əsas məqsədi terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin səmərəliliyinin artırılması, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyənləşdirilməsi, həmçinin Azərbaycanın beynəlxalq öhdəliklərinin və FATF standartlarının milli qanunvericilikdə daha effektiv tətbiq edilməsidir.Təkliflərə əsasən, terror fəaliyyətində istifadə oluna biləcək maliyyə vəsaitlərinin vaxtında müəyyənləşdirilməsi, onların hərəkətinin qarşısının alınması, dondurulması və müsadirəsi istiqamətində hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.Layihədə hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı icraatın xüsusiyyətlərindən irəli gələn uyğunlaşdırıcı dəyişikliklərin də edilməsi təklif olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların statusu müəyyənləşir

Next Article

Xarici məhkəmə qərarlarının icrası ilə bağlı ərizələrə yazılı qaydada baxılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məlum olub ki, yeni direktor icra başçısının qardaşıdır.

Aysel Əlibəyli 26 May 2026 · 20:06 1140 baxış Daha əvvəl məlumat verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən imzalanan əmrə əsasən, Sabunçu Tibb Mərkəzi-nin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin olunub. Elpress.az-ın […]

İlham Əliyev Töhfə Sazişini təsdiqləyib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:15 1050 baxış Şərqi Zəngəzurda dayanıqlı şəhər inkişafı üzrə layihəyə dair saziş qüvvəyə minəcək Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı […]

İlham Əliyev Litvanın yeni Baş naziri ilə telefonla danışıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:42 1052 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyusla telefon danışığı aparıb. Elpress.az xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Litva […]

Norman etimadnaməsinin surətini Bayramovaya təqdim edib.

Aysel Əlibəyli 03 İyun 2026 · 18:32 1194 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün United Kingdomın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Duncan Normani qəbul edib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi […]