--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların statusu müəyyənləşir

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 14:52 1094 baxış

Tibb xidmətində hərbi qulluqçuların xidmət keçəcəyi qurumlar və hüquqi əsaslar müəyyən ediləcək

Elpress.az xəbər verir ki, Ədliyyə orqanlarının tibb xidmətində fəaliyyət göstərəcək hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi təklif olunur.Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.Təklifə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə penitensiar xidmət üçün nəzərdə tutulan xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətinə də şamil ediləcək. Bununla tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.Dəyişikliklərə əsasən, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, eləcə də mühafizə və müşayiət üzrə xüsusi bölmələrin tibb-sanitar hissələrində xidmət keçəcəklər.Onların xidmət keçmə qaydaları hərbi vəzifə və xidmət, hərbi qulluqçuların statusu, hərbi xidmətkeçmə və intizamla bağlı qanunvericilik və digər normativ hüquqi aktlarla müəyyənləşdiriləcək.Bununla yanaşı, məhkəmə ekspertizası idarəsində qulluq edən xüsusi rütbəli ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin olunmasının da qanunvericilikdə təsbit edilməsi təklif olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DAK-ın görünməyən qəhrəmanları: Azərbaycan naminə görülən böyük işlər

Next Article

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Qarabağın bərpası ilə bağlı mesaj verib

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 21:37 1088 baxış Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışı davam edir. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev […]

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 17:27 1134 baxış Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bugünkü iclasında Ramiz Mehdiyevlə bağlı qərar qəbul edilib. Prezident Administrasiyasının sabiq rəhbəri partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb. Elpress.az xəbər verir ki, […]

Azərbaycan BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:54 1076 baxış Ceyhun Bayramov: Azərbaycanın sessiyada geniş nümayəndə heyəti ilə təmsil olunması gözlənilir Elpress.az xəbər verir ki, Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında geniş tərkibli nümayəndə heyəti ilə […]

İranda “Etimad” qəzeti və redaktoru barədə cinayət işi açılıb

Aysel Əlibəyli 09 İyun 2026 · 11:08 1186 baxış İranda “Etimad” qəzeti və nəşrin redaktoru Abbas Əbdi barəsində cinayət işi başlanılıb. Elpress.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə-Ədliyyə Təşkilatı məlumat yayıb.Məlumata görə, […]