--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Şuşada yeni yaşayış kompleksi ziyarət olundu

Aysel Əlibəyli 23 İyun 2026 · 13:48 1170 baxış

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilən birinci yaşayış kompleksində olublar.

Görüş zamanı qonaqlara kompleks barədə məlumat verilib. Bildirilib ki, layihənin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub və ümumi sahəsi təxminən 8 hektara yaxındır. Ərazidə 23 bina inşa edilib və ümumilikdə 450 mənzil istifadəyə verilib.Yaşayış fonduna birotaqlı, ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı mənzillər daxildir. Kompleksdə həm keçmiş məcburi köçkünlərin, həm də Şuşada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının yaşaması təmin olunub.Şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün müasir şərait yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda və bölgələrdə hava kəskin dəyişir – şimşək və dolu ehtimalı var

Next Article

Qoyun əti ixracı artırılır – 2030 hədəfi açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan kiçik ada dövlətlərinə 10 milyon dollar yardım ayırır

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 16:54 1076 baxış Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizəsinə dəstəyini davam etdirir. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər […]

Milli Məclis Azərbaycana qarşı hibrid hücumlarla bağlı bəyanat yayıb

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 11:23 1120 baxış Azərbaycana qarşı dini-ideoloji təxribatların, kiberhücumların və əlaqələndirilmiş informasiya əməliyyatlarının intensivləşdiyi bildirilib. Elpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti […]