--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Prezidentdən gənc nəslə mühüm mesaj

Aysel Əlibəyli 15 İyul 2026 · 18:38 1032 baxış

Prezident İlham Əliyev milli birlik, müstəqillik və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb

Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycanın gələcəyi, milli kimliyin qorunması və müstəqilliyin əhəmiyyəti ilə bağlı mühüm mesajlar verib.Dövlət başçısı bildirib ki, dünya sürətlə dəyişir, yeni təhdidlər və təxribatlar meydana çıxır. Onun sözlərinə görə, Azərbaycanı istəməyən qüvvələrin bu niyyətindən əl çəkəcəyini düşünmək düzgün deyil və ölkə öz hüquqlarını, milli maraqlarını və müstəqilliyini daim qorumalıdır.Prezident qeyd edib ki, bəzi ölkələr və onların rəhbərləri başqa dövlətlərin himayəsinə güvənərək təhlükəsizlik əldə edəcəklərini hesab etsələr də, sonda böyük geosiyasi oyunların qurbanına çevrilirlər. İlham Əliyev vurğulayıb ki, Azərbaycan xalqı işğalın ağrılarını, Zəfəri, eləcə də bərpa və dirçəliş dövrünü yaşayıb və bu təcrübə gələcək nəsillər üçün mühüm örnəkdir.Dövlət başçısı gənclərə müraciət edərək bildirib ki, milli kimlik və milli ləyaqət hər zaman hər şeydən üstün tutulmalıdır. O qeyd edib ki, çətinliklər və məğlubiyyətlər olsa belə, xalq heç vaxt əyilməməli, işğalçının diktəsini qəbul etməməli və Vətənə sədaqətini qoruyaraq gələcək nəsillərə bu dəyərləri aşılamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Belçikalı müdafiəçi “Sanderlend”ə keç

Next Article

Li Çje Myon mənzilini satışa çıxardı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Vaşinqton-Tehran razılaşması alqışlandı!

Aysel Əlibəyli 15 İyun 2026 · 11:54 1084 baxış ABŞ və İran arasında Anlaşma Memorandumu çərçivəsində əldə edilən tarixi razılığı məmnuniyyətlə alqışlayırıq. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq təhlükəsizlik arxitekturası və regional sabitlik baxımından […]

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1024 baxış Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, […]

Yasamalda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Aysel Əlibəyli 23 İyun 2026 · 17:24 1068 baxış Dövlət qulluqçularının peşə bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən silsilə anım və tədbirlər keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir çərçivəsində rayon rəhbərliyi və […]