--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Norman etimadnaməsinin surətini Bayramovaya təqdim edib.

Aysel Əlibəyli 03 İyun 2026 · 18:32 1212 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün United Kingdomın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Duncan Normani qəbul edib.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Bildirilib ki, görüş zamanı səfir Norman etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.Nazir yeni təyinat münasibətilə səfiri təbrik edib, onun Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan ilə United Kingdom arasında mövcud münasibətlər, onların inkişaf perspektivləri və regional, eləcə də beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, investisiya, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini məmnunluqla vurğulayıblar.Eyni zamanda, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, yüksək səviyyəli təmasların və iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.Nazir Ceyhun Bayramov bölgədəki mövcud vəziyyət, postmünaqişə dövründə yaranmış reallıqlar, həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesi və ölkəmizin bu istiqamətdə atdığı addımlar barədə qarşı tərəfə geniş məlumat verib.Səfir Duncan Norman Azərbaycanda fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib və ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini davam etdirəcəyini bildirib.Görüşdə həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanı regionun daha nüfuzlu aktoruna çevirəcək

Next Article

Britaniya helikopterin qəzaya uğraması

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Özbəkistanın Müstəqillik Günü münasibətilə təbrik

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 11:17 1078 baxış Elpress.az olaraq 1 sentyabr – Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətilə dost və qardaş Özbəkistan xalqını səmimi-qəlbdən təbrik edirik. Qardaş Özbəkistan xalqına davamlı inkişaf, firavanlıq, əmin-amanlıq və […]

Danimarkada 4 partiyalı yeni hökumət quruldu

Aysel Əlibəyli 02 İyun 2026 · 11:31 1186 baxış Mette Frederiksen 69 gün davam edən və Danimarka tarixinin ən uzun koalisiya danışıqları nəticəsində dörd partiyalı yeni hökumətin formalaşdırıldığını açıqlayıb. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, […]