--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanı regionun daha nüfuzlu aktoruna çevirəcək

Aysel Əlibəyli 03 İyun 2026 · 18:27 1156 baxış

Son illərdə qlobal ticarət marşrutlarının yenidən formalaşdığı və alternativ nəqliyyat dəhlizlərinə marağın sürətlə artdığı şəraitdə Orta Dəhliz Avrasiya məkanının ən mühüm və perspektivli tranzit marşrutlarından biri kimi ön plana çıxıb. Asiya ilə Avropanı birləşdirən bu strateji xəttin effektivliyi və rəqabət üstünlüyü isə birbaşa onun üzərində qurulan nəqliyyat infrastrukturunun imkanları ilə bağlıdır. Bu baxımdan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilərək yenidən istifadəyə verilməsi yalnız regional əhəmiyyət daşıyan nəqliyyat layihəsi deyil, həm də Orta Dəhlizin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm strateji addım hesab olunur.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuat Gökçe bildirib ki, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər və yeni geosiyasi reallıqlar alternativ nəqliyyat dəhlizlərinə marağı əhəmiyyətli dərəcədə artırıb. Onun sözlərinə görə, belə bir şəraitdə Orta Dəhlizin genişləndirilməsi və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi Şərq-Qərb istiqamətində yükdaşımalarının təhlükəsiz, sürətli və səmərəli şəkildə həyata keçirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Professor vurğulayıb ki, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilərək yenidən istismara verilməsi Azərbaycanın son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirdiyi siyasətin mühüm nailiyyətlərindən biridir.Ali Fuat Gökçenin fikrincə, Asiya ilə Avropa arasında ticarət dövriyyəsinin artması və alternativ marşrutlara ehtiyacın güclənməsi Orta Dəhlizin beynəlxalq əhəmiyyətini daha da artırıb.“Çin və Avropa arasında yükdaşımalarının həcminin yüksəlməsi, logistika marşrutlarının şaxələndirilməsi tələbi və geosiyasi risklərin artması fonunda Orta Dəhlizə maraq nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu baxımdan Bakı–Tbilisi–Qars dəmir yolu xətti Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropanı birləşdirən əsas nəqliyyat arteriyalarından biri kimi çıxış edir.Tokiodan Rotterdam limanına yönələn yüklərin Ümid burnu marşrutu ilə daşınması həm vaxt itkisinə, həm də əlavə nəqliyyat və sığorta xərclərinə səbəb olur. Buna görə də Orta Dəhlizin genişləndirilməsi və təkmilləşdirilməsi Şərq-Qərb istiqamətində etibarlı quru ticarət yoluna olan tələbatı daha da artıracaq.Bu marşrut üzərində yerləşən Azərbaycan üçün yaranan imkanlar yalnız tranzit və logistika sahəsi ilə məhdudlaşmır. Orta Dəhlizin inkişafı ölkənin beynəlxalq ticarət və logistika mərkəzinə çevrilməsinə şərait yaradacaq, eyni zamanda onun siyasi və diplomatik mövqelərini gücləndirəcək. İqtisadiyyat, siyasət və diplomatiya bir-biri ilə sıx bağlı sahələrdir. İqtisadi potensialı güclü olan və mühüm ticarət yollarına nəzarət edən dövlətlər regional siyasətdə daha təsirli rol oynayırlar”, – deyə professor qeyd edib.Ali Fuat Gökçe əlavə edib ki, Azərbaycanın enerji, nəqliyyat və logistika imkanlarının genişlənməsi ölkənin regional və beynəlxalq proseslərdə rolunu daha da möhkəmləndirir.“Orta Dəhlizin inkişafı nəticəsində Azərbaycan Cənubi Qafqazda təkcə proseslərə qoşulan tərəf deyil, həm də regional təşəbbüslərin formalaşdırılmasına istiqamət verən aparıcı dövlətlərdən birinə çevriləcək. Azərbaycanın əlverişli geostrateji mövqeyi, reallaşdırdığı nəqliyyat layihələri və çoxtərəfli tərəfdaşlıq siyasəti onu Avrasiya məkanının əsas əlaqələndirici mərkəzlərindən birinə çevirir. Orta Dəhlizin potensialından tam istifadə olunması Azərbaycanın həm iqtisadi gücünü artıracaq, həm də regional və qlobal miqyasda siyasi nüfuzunu daha da möhkəmləndirəcək”, – deyə professor vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan–Aİ Prioritetləri Razılaşdırıldı

Next Article

Norman etimadnaməsinin surətini Bayramovaya təqdim edib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran liderindən diqqətçəkən açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:43 1150 baxış İran Prezidenti dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq iqtisadi proseslərdə daha fəal iştirakın vacibliyini vurğulayıb. Elpress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian bildirib.Prezident […]

“Yaşıl Enerji Dəhlizi” üçün yeni addımlar atır

Aysel Əlibəyli 18 İyun 2026 · 18:20 1136 baxış Energetika naziri Pərviz Şahbazov Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşərək enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Azərbaycan və Rumıniya arasında enerji […]

kart hesablarında yaranan texniki problem araşdırılır

Aysel Əlibəyli 24 İyun 2026 · 19:07 1074 baxış Azərbaycanda bəzi bankların kart əməliyyatlarında yaranan texniki nasazlığın “Azericard” MMC-dən qaynaqlanmadığı bildirilib. Şirkətdən verilən məlumata görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azericard”dan asılı olmayan texniki […]

Qızıl zirvədədir: qeyri-neft ixracının əsas məhsulları məlum oldu

Aysel Əlibəyli 02 İyun 2026 · 13:43 1128 baxış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may buraxılışını yayımlayıb. Elpress.az Fed.az-a istinadən xəbər verirki Hesabata əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycanın […]