--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Vaşinqton Zirvəsindən bir il: Cənubi Qafqazda yeni sülh mərhələsi

Aysel Əlibəyli 08 Avqust 2026 · 09:19 1050 baxış

Elpress.az xəbər verir ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda sülh prosesinin mühüm mərhələlərindən biri kimi yadda qalıb.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin razılaşdırılmış mətni paraflanıb. Daha sonra liderlərin iştirakı ilə Birgə Bəyannamə imzalanıb.Vaşinqtonda əldə olunan razılaşmalarda Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının yaradılması məsələləri xüsusi yer tutub.Zirvə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı baxımından da mühüm siyasi hadisə olub. Tərəflər arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılıq əldə edilib.

Həmçinin ABŞ tərəfindən “907-ci düzəliş”in tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul olunub.Sülh gündəliyində nəqliyyat və kommunikasiyaların açılması məsələsi də mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə TRIPP (“Trump Route for International Peace and Prosperity”) layihəsinin gündəmə gətirilməsi Cənubi Qafqazın nəqliyyat və iqtisadi imkanlarının genişləndirilməsi baxımından diqqət çəkən addımlardan biri olub.Azərbaycan 2022-ci ildə Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürmüşdü. Bu prinsiplər dövlətlərin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, ərazi iddialarından imtina edilməsini, güc tətbiqindən və hədələrdən çəkinməyi, dövlət sərhədinin delimitasiyası və demarkasiyasını, həmçinin nəqliyyat və kommunikasiyaların açılmasını nəzərdə tutur.Vaşinqton görüşü ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni siyasi mərhələnin əsası qoyulub. Razılaşmaların regionda davamlı sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın formalaşmasına xidmət etməsi gözlənilir.

Qeyd edək ki, avqustun 8-də keçirilən Vaşinqton Zirvəsi Azərbaycan diplomatiyasının son illərdəki əsas siyasi hadisələrindən biri kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib

Next Article

Rusiyada gecəyarısı dron hücumu: Neft zavodlarında yanğın baş verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına hüzn mesajı

Aysel Əlibəyli 28 İyun 2026 · 18:57 1142 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində baş vermiş və 14 nəfərin ölümü ilə nəticələnmiş helikopter qəzası ilə əlaqədar […]

Ceyhun Bayramovdan Ermənistanla bağlı vacib bəyanat

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:05 1050 baxış Xarici işlər naziri: Azərbaycanla Ermənistan arasında normallaşma prosesində yeni irəliləyişlər və ticarətin genişlənməsi gözlənilir Elpress.az xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin federal xarici […]

Polşa səfiri XİN-ə çağırılıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:43 1044 baxış Azərbaycan TVP World-də yayımlanan süjetə görə Polşaya etiraz edib Elpress.az xəbər verir ki, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.Görüş zamanı […]

Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub

Aysel Əlibəyli 15 İyul 2026 · 18:10 1088 baxış Slovakiya Prezidenti Peter Pelleqrini Bakıda yerləşən “Sea Breeze” istirahət mərkəzinə səfər edib. Elpress.az xəbər verir ki, Emin Ağalarov dövlət başçısına layihənin hazırkı vəziyyəti və gələcək inkişaf […]