--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Kamran Əliyev İƏT Baş prokurorlarının iclasında iştirak edib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:52 1082 baxış

Azərbaycanın Baş prokuroru Türküstanda keçirilən beynəlxalq toplantıda çıxış edib

Elpress.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Türküstan şəhərində keçirilən 7-ci iclasında iştirak edib.Tədbirdə çıxış edən Kamran Əliyev Azərbaycanda rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, “Elektron Prokurorluq” İnformasiya Sisteminin bu sahədə mühüm layihələrdən biri olduğunu qeyd edib. Bildirilib ki, sistem elektron sənəd dövriyyəsi, istintaq, dövlət ittihamı, beynəlxalq hüquqi əməkdaşlıq və digər istiqamətləri əhatə edir, bəzi modullarda isə süni intellekt texnologiyalarından istifadə olunur.Səfər çərçivəsində Kamran Əliyev İran və Pakistan nümayəndə heyətləri ilə də ikitərəfli görüşlər keçirib. Görüşlərdə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, məlumat və təcrübə mübadiləsi, qarşılıqlı hüquqi yardım, ekstradisiya və transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunub.İran nümayəndə heyəti ilə görüşdə regionda baş verən hadisələr fonunda Azərbaycandan göstərilən humanitar yardıma görə təşəkkür ifadə edilib. Tərəflər terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətkarlıq formalarına qarşı birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Təyyarə heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənəcək

Next Article

MM cinayət işləri üzrə hüquqi yardıma dair protokolu təsdiqləyəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Knessetdə “erməni soyqırımı” məsələsi gündəlikdən çıxarıldı

Aysel Əlibəyli 19 İyul 2026 · 17:33 1096 baxış “Erməni soyqırımı” ilə bağlı məsələ Knessetin gündəliyindən çıxarıldı Elpress.az xəbər verir ki, İsrail Knessetində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələnin gündəlikdən çıxarıldığı bildirilir. Məlumata görə, […]

Prezidentin Almaniya səfərinin əhəmiyyəti açıqlanıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:34 1066 baxış Media eksperti Müşfiq Ələsgərli Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu bildirib. Elpress.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, […]