--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Təyyarə heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənəcək

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:48 1134 baxış

Kommersiya uçuşlarında heyətin iş və uçuş saatlarına yeni limitlər müəyyənləşir

Elpress.az xəbər verir ki, Kommersiya hava daşımalarında çalışan təyyarə heyətinin iş, uçuş və istirahət vaxtlarının beynəlxalq standartlara uyğun tənzimlənməsi təklif olunur.Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən, hava gəmisi heyətinin iş vaxtı 7, 14 və 28 ardıcıl gün, eləcə də bir təqvim ili üzrə müəyyən ediləcək.Uçuş vaxtı üçün isə 28 ardıcıl gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə maksimal hədlərin tətbiqi nəzərdə tutulur.Layihənin əsas məqsədi aviasiya heyətinin iş və istirahət rejimini yorğunluğun idarə edilməsi üzrə beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Bununla əlaqədar Əmək Məcəlləsində nəzərdə tutulan ümumi iş vaxtı normalarından aviasiya sahəsi üçün istisnaların müəyyənləşdirilməsi və müvafiq qaydaların Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi təklif edilir.Qeyd olunub ki, mövcud iş vaxtı məhdudiyyətləri 13-14 saat davam edən uzaq məsafəli uçuşların təşkilində çətinliklər yarada bilər. Yeni tənzimləmələrin isə yerli aviaşirkətlərin rəqabət imkanlarını artıracağı və uçuş istiqamətlərinin genişləndirilməsinə şərait yaradacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukraynanın istefa vermiş Baş prokuroru ölkəni tərk edib

Next Article

Kamran Əliyev İƏT Baş prokurorlarının iclasında iştirak edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Yunanıstan arasında yeni əməkdaşlıq sənədi imzalandı

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 22:09 1096 baxış Azərbaycan və Yunanıstanın pərakəndə sektorunda fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addım atılıb. Elpress.az xəbər verir ki, Yunanıstan-Azərbaycan Biznes Forumu çərçivəsində “Ticarət Şəbəkələrinin İnkişafı” […]

İKZF yarım ildə 226 milyon manat kredit verib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:43 1108 baxış İpoteka və Kredit Zəmanət Fondu ilin ilk altı ayında 226,3 milyon manat kredit ayırıb. Elpress.az xəbər verir ki, Bu ilin yanvar–iyun aylarında İpoteka və Kredit Zəmanət […]