--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İlham Əliyev Töhfə Sazişini təsdiqləyib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:15 1070 baxış

Şərqi Zəngəzurda dayanıqlı şəhər inkişafı üzrə layihəyə dair saziş qüvvəyə minəcək

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında imzalanmış Töhfə Sazişinin təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.Sənəd Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinin yaradılması, eləcə də dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırılmasını nəzərdə tutan layihənin icrasına aiddir.Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunacaq. Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlandığı barədə BMT-nin Məskunlaşma Proqramının Katibliyinə bildiriş göndərəcək.Qeyd edək ki, Töhfə Sazişi 15 iyul 2026-cı ildə Nyu-Yorkda imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib

Next Article

Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqlənib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ceyhun Bayramov İrpen şəhərinə gedib

Aysel Əlibəyli 06 Avqust 2026 · 15:03 1070 baxış Ceyhun Bayramov İrpendə: Ukrayna səfiri Azərbaycana həmrəyliyə görə təşəkkür etdi Elpress.az xəbər verir ki, Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrpen şəhərinə ziyarət […]

XİN-dən CNN-ə rəsmi cavab: İddialar əsassızdır

Aysel Əlibəyli 05 İyun 2026 · 15:02 1218 baxış 5 iyun tarixində CNN World xəbər kanalının rəsmi internet səhifəsində yayımlanan məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat xarakterli əməliyyatlar üçün istifadə edilməsi, […]

XİN Rusiyadakı təxribatı qətiyyətlə pisləyib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:52 1074 baxış Azərbaycan Rusiyanı səfirliyin qonaq evi qarşısındakı insidenti araşdırmağa çağırıb Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında ölkə əleyhinə təxribat […]