--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

XİN Rusiyadakı təxribatı qətiyyətlə pisləyib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:52 1064 baxış

Azərbaycan Rusiyanı səfirliyin qonaq evi qarşısındakı insidenti araşdırmağa çağırıb

Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında ölkə əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsinə münasibət bildirib.XİN-dən verilən məlumata görə, avqustun 27-də günorta saatlarında naməlum şəxslər tərəfindən sözügedən ərazidə Azərbaycana qarşı təxribat xarakterli materiallar yerləşdirilib. Nazirlik hadisəni qəbuledilməz hesab edərək qətiyyətlə pisləyib.Xarici İşlər Nazirliyi bu insidentin Azərbaycan-Rusiya münasibətlərində süni gərginlik yaratmağa yönəldiyini və son dövrlərdə Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi ola biləcəyini bildirib.Azərbaycan tərəfi Rusiyanın aidiyyəti qurumlarını hadisəni hərtərəfli araşdırmağa, təxribatın hüquqi qiymətləndirilməsini təmin etməyə və oxşar halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.Nazirlik həmçinin Moskvanın 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəliyinin və əməkdaşlarının təhlükəsizliyini təmin etməsini gözlədiyini vurğulayıb. XİN səfirliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatın qarşısının alınmasının vacibliyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Pakistan arasında hərbi görüş keçirilib

Next Article

Akvakultura təsərrüfatları üçün dövlət rüsumu müəyyənləşib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Üç rayona yeni icra başçısı təyin edildi

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 18:55 1066 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə Qaradağ, Naftalan və Gədəbəy üzrə yeni icra başçıları müəyyənləşdirilib. Sərəncama əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri […]

Əsədov Moskva ilə əlaqəni möhkəmləndirdi

Aysel Əlibəyli 26 May 2026 · 19:11 1190 baxış Azərbaycan Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefon söhbəti keçirib. Elpress.az Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, iki ölkənin hökumət başçıları Azərbaycan-Rusiya əməkdaşlığının […]