--:--:-- | 11 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

XİN-dən CNN-ə rəsmi cavab: İddialar əsassızdır

Aysel Əlibəyli 05 İyun 2026 · 15:02 1184 baxış

5 iyun tarixində CNN World xəbər kanalının rəsmi internet səhifəsində yayımlanan məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat xarakterli əməliyyatlar üçün istifadə edilməsi, eləcə də İsrailə məxsus qüvvələrin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı irəli sürülən iddialar heç bir fakta əsaslanmır. Sözügedən məlumatlar tamamilə həqiqətdən uzaqdır və Azərbaycan tərəfi tərəfindən qəti şəkildə rədd edilir.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin CNN World xəbər kanalında dərc olunmuş məqalədə Azərbaycanla bağlı irəli sürülən iddialara münasibət bildirərkən səsləndirdiyi şərhdə yer alıb.Ayxan Hacızadə qeyd edib ki, sözügedən məqalədə əks olunan ittihamlar yeni deyil və Azərbaycan tərəfi tərəfindən dəfələrlə rəsmi şəkildə təkzib olunub. O vurğulayıb ki, ölkənin mövqeyi CNN-in ünvanladığı sorğuya cavab olaraq əvvəlcədən redaksiyaya təqdim edilib və bununla bağlı rəsmi izahat verilib.XİN rəsmisinin sözlərinə görə, konkret fakt və sübutlara əsaslanmayan, anonim mənbələrin iddiaları üzərində qurulan materialın yayımlanması, eyni zamanda Azərbaycanın rəsmi mövqeyinin lazımi şəkildə nəzərə alınmaması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkarlıq prinsiplərinə uyğun deyil.O bildirib ki, Azərbaycanın ərazisinin hər hansı üçüncü ölkəyə qarşı hərbi əməliyyatların həyata keçirilməsi, kəşfiyyat fəaliyyətlərinin aparılması və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə olunması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır. Azərbaycanın bu cür fəaliyyətlərə heç vaxt imkan vermədiyini və gələcəkdə də verməyəcəyini diqqətə çatdıran Hacızadə, ölkənin xarici siyasətində beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldığını vurğulayıb.Mətbuat katibi əlavə edib ki, Azərbaycan regionda davamlı sülhün, təhlükəsizliyin və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Bu baxımdan, heç bir sübuta söykənməyən və reallığı əks etdirməyən bu kimi məlumatların yayılması növbəti dezinformasiya cəhdi kimi qiymətləndirilməlidir.Ayxan Hacızadə, həmçinin, CNN tərəfindən yayımlanmış məqalədə yer alan əsassız iddiaların təkzib olunacağına ümid etdiklərini və media qurumlarının məlumatların dəqiqliyinə və peşəkar jurnalistika standartlarına daha həssas yanaşmasının vacibliyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kreml: Putin Zelenskinin açıq məktubu ilə tanışdır

Next Article

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazında gərginlik davam edir — İran açıqladı

Aysel Əlibəyli 27 May 2026 · 12:58 1108 baxış İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri bildirib ki, Tehran və Vaşinqton Hörmüz boğazının gəmi keçidinə açılması məsələsində hələ də ortaq mövqeyə gələ bilməyib. […]

İlham Əliyev Litvanın yeni Baş naziri ilə telefonla danışıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:42 1032 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyusla telefon danışığı aparıb. Elpress.az xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Litva […]