--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:05 1080 baxış

Prezident Salman bin Əbdüləziz Al Səuda Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik məktubu göndərib

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik məktubu ünvanlayıb.Dövlət başçısı məktubunda Səudiyyə Ərəbistanı Kralını və onun simasında ölkə xalqını 23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.Prezident Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin ortaq mənəvi dəyərlər, dini-mədəni bağlılıqlar, dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib.Məktubda iki ölkə arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə genişləndiyi vurğulanıb. Enerji, o cümlədən alternativ və bərpaolunan enerji sahəsində Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə tərəfdaşlığın genişləndiyi bildirilib.İlham Əliyev Azərbaycan və Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığını və qarşılıqlı dəstəyini də qeyd edib.Prezident iki ölkə xalqları arasında mövcud qardaşlıq münasibətlərinin və tərəfdaşlığın gələcək illərdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.İlham Əliyev Səudiyyə Ərəbistanı Kralına möhkəm cansağlığı, uzun ömür və dövlət fəaliyyətində uğurlar, ölkə xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pul baratları üzrə müsbət saldo 751 milyon dollar olub

Next Article

Bakıda sürücü sükan arxasında ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İrlandiya nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub

Elşən 23 Aprel 2026 · 18:48 1152 baxış Toni MakKormakın rəhbərlik etdiyi İrlandiya parlament nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. ELPress.az-ın Yeniçağ.az-a istinadən verdiyi məlumata görə, qonaqlara şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə geniş […]

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Aysel Əlibəyli 26 İyun 2026 · 17:58 1148 baxış Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezidentin sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib. Tədbirdə Azərbaycan Prezidenti, Silahlı […]

Azərbaycan və Pakistan arasında hərbi görüş keçirilib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:49 1078 baxış Bakıda iki ölkənin müdafiə qurumları arasında 12-ci İşçi Qrupu Səviyyəli Görüş baş tutub Elpress.az xəbər verir ki, Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Müdafiə Qüvvələri Qərargahı […]