--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Emin Bağırov: 20 Sentyabr suverenliyin tam bərpasını təsdiqləyən tarixi gündür

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:08 1092 baxış

Alim 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinin əhəmiyyətini vurğulayıb

Elpress.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun Bərk Cisim Mexanikası laboratoriyasının müdiri, mexanika üzrə fəlsəfə doktoru, dosent Emin Bağırov 20 Sentyabrın Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətindən danışıb.Emin Bağırov bildirib ki, bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə bağlı mühüm tarixi mərhələ kimi yadda qalıb. Onun sözlərinə görə, 20 Sentyabr gələcək nəsillərə milli birlik, dövlət iradəsi və Vətən sevgisini əks etdirən tarixi hadisə kimi ötürüləcək.O qeyd edib ki, Azərbaycan uzun illər ərzində münaqişənin sülh və danışıqlar yolu ilə həllinə çalışıb. Lakin qarşı tərəfin mövqeyi və yaranmış vəziyyət nəticəsində 2020-ci ildə Vətən müharibəsi başlayıb. 44 günlük müharibənin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olduğu vurğulanıb.Emin Bağırovun sözlərinə görə, 2023-cü ildə Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulması və konstitusion quruluşun bərpası məqsədilə antiterror tədbirləri həyata keçirilib. Onun bildirdiyinə görə, 24 saat davam edən əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi təmin edilib.Alim bu prosesdə siyasi iradə, xalqın həmrəyliyi və Azərbaycan Ordusunun rolunu xüsusi qeyd edib. O bildirib ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Azərbaycanın milli maraqlarını və ərazi bütövlüyünü qorumaq əzmini nümayiş etdirib.Emin Bağırov qeyd edib ki, 20 Sentyabr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasını təsdiqləyən gün kimi ölkənin müstəqillik tarixində xüsusi yer tutur. Onun sözlərinə görə, bu tarix Azərbaycanın gələcək inkişafı baxımından da mühüm siyasi əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Elçin Mirzəbəyli suverenlik və milli güc amilindən yazıb

Next Article

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev: Mərkəzi Asiya ilə əlaqələr prioritetdir

Aysel Əlibəyli 31 İyul 2026 · 12:41 1092 baxış Prezident: Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdəndir Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm […]

Dövlət Qulluğu Məcəlləsi parlamentdə müzakirəyə çıxarılır

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 15:12 1100 baxış Yeni məcəllənin təsdiqi ilə bağlı qanun layihəsi komitənin iclasında gündəmə gətiriləcək Elpress.az xəbər verir ki, Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb və Milli Məclisin müzakirəsinə təqdim […]

İlham Əliyev Berlində rəsmi qarşılandı

Aysel Əlibəyli 21 İyul 2026 · 15:17 1080 baxış Prezident İlham Əliyevin Almaniyada rəsmi qarşılanma mərasimi keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Berlində rəsmi qarşılanma mərasimi keçirilib.Almaniya Federativ Respublikasının […]