--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ceyhun Bayramov: Azərbaycanın Ermənistanın konstitusiya prosesi ilə bağlı mövqeyi dəyişməzdir

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:51 1048 baxış

XİN rəhbəri sülh prosesinin tamamlanması üçün Ermənistanda yeni Konstitusiyanın qəbulunu gözlədiklərini bildirib

Elpress.az xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində Ermənistanda aparılan konstitusiya dəyişiklikləri ilə bağlı prosesin Bakı tərəfindən izlənildiyini bildirib.Nazirin sözlərinə görə, iki ölkə arasında sülh və normallaşma istiqamətində mühüm addımlar atılıb. Dövlət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən görüşlər də bu prosesin göstəricilərindən biridir.Ceyhun Bayramov qeyd edib ki, Vaşinqtonda qəbul edilən Birgə Bəyannamədə sülh prosesinin yekunlaşdırılması üçün Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsinin vacibliyi əksini tapıb. O vurğulayıb ki, bu məsələnin vaxtı və həyata keçirilməsi Ermənistanın daxili proseslərinə aiddir.XİN rəhbəri bildirib ki, Ermənistanın baş naziri seçkilərdən sonra ilin sonuna qədər yeni Konstitusiya mətninin ictimaiyyətə təqdim ediləcəyi ilə bağlı açıqlama verib.Azərbaycanın prosesi diqqətlə izlədiyini deyən Bayramov rəsmi Bakının bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb. O əlavə edib ki, sülh prosesinin tam başa çatdırılması və sülh sazişinin imzalanması üçün Azərbaycanın Ermənistan daxilindəki bu prosesin nəticəsini gözləməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov: TRIPP Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz

Next Article

Azərbaycan BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Rusiya ilə münasibətləri pozmaq niyyətində deyilik”

Aysel Əlibəyli 14 May 2026 · 15:59 1125 baxış Erənistanın Rusiya ilə qarşıdurmaya getmək niyyəti yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Ermənistan kiçik dövlət olduğu üçün Rusiya ilə mübahisəyə girmək […]

İlham Əliyev MDB Kulinariya Festivalı ilə tanış olub

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 22:24 1070 baxış Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin Milli Kulinariya Festivalının təqdimatında iştirak edib. Elpress.az xəbər verir ki, dövlət başçısı festival çərçivəsində nümayiş etdirilən milli mətbəx nümunələri ilə […]

Danimarkada 4 partiyalı yeni hökumət quruldu

Aysel Əlibəyli 02 İyun 2026 · 11:31 1178 baxış Mette Frederiksen 69 gün davam edən və Danimarka tarixinin ən uzun koalisiya danışıqları nəticəsində dörd partiyalı yeni hökumətin formalaşdırıldığını açıqlayıb. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, […]